Azərbaycan sabit internetin sürəti üzrə dünyada 123-cü yerdədir - GERİLƏYİB
Bu ilin iyul ayında Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində giriş internet trafikinin sürəti 37,24 Mbit/s təşkil edib.
"Ookla"nın "Speedtest Global Index"in məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici iyun ayı ilə müqayisədə 0,3% artıb. Cari ilin iyulunda ölkənin mobil şəbəkələrində çıxış trafikinin sürəti iyun ayının göstəricisi ilə müqayisədə 2,5 azalaraq 14,59 Mbit/s olub.
Qeyd edək ki, dünya üzrə mobil trafikinin giriş və çıxış sürəti isə müvafiq olaraq 55,07 Mbit/s və 12,35 Mbit/s təşkil edib. İyul ayının nəticələrinə görə, Azərbaycan bu göstərici üzrə 139 ölkə arasında 66-ci yerdə qərarlaşıb.
Mobil internet sürətinə görə liderlərin ilk üçlüyünə BƏƏ (190,03 Mbit/s), Cənubi Koreya (189,20 Mbit/s) və Qətər (170,77 Mbit/s) daxil olub.
Reytinqə əsasən, bu ilin iyul ayında Azərbaycanda stasionar genişzolaqlı internet trafikinin giriş sürəti 24,08 Mbit/s, çıxış sürəti isə 25,96 Mbit/s təşkil edib. Bu göstəricilər iyun ayı ilə müqayisədə müvafiq olaraq 5,9 və 5,2% azalıb.
İyul ayının nəticələrinə görə, sabit internetin sürəti reytinqində Azərbaycan 180 ölkə arasında 1 pillə geriliyərək 123-cü yerdə qərarlaşıb.
Dünyada ən sürətli sabit interneti olan ilk üç lider ölkə Monako – 256,70 Mbit/s, Sinqapur – 256,03 Mbit/s və Honkonq (SAR) - 248,59 Mbit/s olub. İyulda qlobal sabit internetin giriş və çıxış trafikinin orta sürəti isə müvafiq olaraq 107,50 Mbit/s və 58,27 Mbit/s təşkil edib.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























