“Azercell Telecom” MMC 2021-ci il üzrə STEVIE Beynəlxalq Biznes Mükafatlarının qızıl laureatı oldu
(®️) “Azercell Telecom” MMC Əşyaların İnterneti (IoT) texnologiyaları əsasında az enerji tələbatlı sensorlar konsepsiyasının tətbiq olunması üzrə hazırlıq səviyyəsinə görə 18-ci Stevie Beynəlxalq Biznes Mükafatlarında “İlin ən innovativ şirkəti” nominasiyasında qızıl mükafata layiq görüldü.
Azercell bu konsepsiyanı Azərbaycanda həyata keçirən ilk şirkətdir. Mobil operatorlar bu tipli sensor və qurğuları dəstəkləmək üçün LTE şəbəkəsində “az enerji tələbatlı genişmiqyaslı şəbəkə” (NB-IoT – Narrow-Band Internet of Things) funksiyasını təklif edir. Azercell Telekom da bu imkanı şəbəkəsinə tətbiq edərək lazımi sınaq testlərini keçirib, abunəçilərinə xidmət və əməkdaşlığa hazır vəziyyətə gətirmişdir.
Şirkətin bu təşəbbüsü IoT-nin verdiyi imkanlar əsasında insanlara daha rahat və “ağıllı” mühitdə yaşamaq və işləmək imkanı yaradan bir texnologiya ərsəyə gətirdiyinə görə münsiflər heyəti tərəfindən yüksək nailiyyət kimi dəyərləndirilmişdir. Beynəlxalq münfislər heyətinin verdiyi yüksək qiymətə münasibət bildirən “Azercell Telecom” MMC-nin Prezidenti Zərinə Zeynalova qeyd edib ki, böyük şəhərlərlə yanaşı, kiçik kəndlərdə də texnologiyalara rahat çıxış imkanının yaradılması şirkətin əsas prioritetləri sırasındadır. Z.Zeynalova həmçinin bildirib ki, Azercell IoT texnologiyalarının tətbiqi istiqamətində dövlətə dəstək verməyə hazırdır. Buraya xüsusilə “Ağıllı Şəhər” və “Ağıllı Kənd” dövlət proqramları çərçivəsində Qarabağda işğaldan azad olunmuş torpaqlarda müvafiq texnologiyanın tətbiqi daxildir.
Stevie Mükafatı qalibləri iyun ayından avqust ayının əvvəlinə qədər davam edən qiymətləndirmə prosesində iştirak edən dünyanın 260-dan çox nüfuzlu idarəçilərin ortalama balları əsasında müəyyən olunmuşdur. Bu il demək olar ki, bütün sahələrdə fəaliyyət göstərən və müxtəlif miqyasda olan müəssisələr tərəfindən müxtəlif nominasiyalara 3,700-dən artıq layihə təqdim olunmuşdur.
Qeyd edək ki, aparıcı mobil operator ötən il nüfuzlu Beynəlxalq STEVIE mükafatının 3-qat qalibi olmuşdur. Şirkət yüzlərlə müəssisə arasından “İlin telekommunikasiya şirkəti” adına layiq görülərək Qızıl mükafat qazanmışdır. Azercell eyni zamanda “İlin ən innovativ şirkəti” və “Ən dəyərli korporativ məsuliyyətli şirkət” nominasiyaları üzrə Bürünc mükafat əldə etmişdir.
Beynəlxalq Biznes Mükafatları dünyanın nüfuzlu biznes mükafatları proqramıdır. Müxtəlif illərdə Google, Microsoft Corporation, Türk Telecom, Vodafon Türkiyə, Etisalat, Dell Technologies, Mayersk Company, HP Inc., UNESCO ICHCAP, IBM və s. nüfüzlu şirkətlər bu beynəlxalq müsabiqədə iştirak edib qalib seçilənlər sırasındadır.
Hazırda davam edən COVİD-19 pandemiyası səbəbindən qaliblərin mükafatlandırma mərasimi dekabrda virtual virtual şəkildə baş tutacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
9 d. əvvəl
Tramp ABŞ dollarının dəyər itirməsindən narahat olmadığını bildirib
- 29 d. əvvəl
- 42 d. əvvəl
-
45 d. əvvəl
Rekord bahalaşmaya baxmayaraq Çində “qızıla hücum” davam edə bilər
-
10 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 10 saat əvvəl
- 12 saat əvvəl
-
14 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
14 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Tramp ABŞ dollarının dəyər itirməsindən narahat olmadığını bildirib
Qlobal bank qızıl üzrə qiymət proqnozunu 1000 dollar artrıdı - 5000 dollardan 6 000 dollara yüksəltdi
İranda dolların qiymətində yeni rekord
Ən çox oxunanlar
Nazir müavini işdən çıxarıldı
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib






















