Dünyanın ən dərin gölü yaxınlığında otel tikiləcək

"Green Flow Baykal" şirkəti 2021-ci ildə Baykal gölünün şərq sahilində dörd ulduzlu otelin inşasına başlayacaq. Layihə 2024 -cü ildə başa çatacaq.
Marja xəbər verir ki, bu barədə bazar ertəsi Rusiyanın regional İnşaat Nazirliyindən məlumat verilib.
“Tikinti üçün yer hazırdır, mühəndis tədqiqatları aparılıb, ekoloji ekspertizadan keçirilib və tikinti ekspertizası aparılır. Plana görə tikintinin müddəti 26 aydır”, - nazirlikdən bildirilib.
Layihənin ümumi dəyəri 870 milyon rubldan çoxdur. İl boyu işləyəcək otelin binası 153 otaq və 255 yerlik restoran, konfrans otaqları, hovuzlar, spa kompleksi, idman zalları və sağlamlıq mərkəzi olmaqla altı mərtəbəli olacaq. Oteldə bir çox sağlamlıq xidməti olacaq.
Hal-hazırda Baykal gölünün sahilində belə otellər yoxdur, turistlər, fərdi yaşayış evlərində və ailəvi istirahət üçün nəzərdə tutulmuş kiçik qonaq evlərində qalırlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 56 d. əvvəl
-
-
1 saat əvvəl
Bugatti Mistral - Dünyanın ən sürətli roadsteri artıq Azərbaycanda - FOTOLAR
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Azərbaycanın investisiya şirkətinə əlavə maya qoyulur

Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakı Limanında son 22 ilin ən yüksək nəticəsi qeydə alınıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb

Qırğızıstan Prezidenti Azərbaycana gəldi

Macarıstanın Baş naziri Qəbələdədir

Azərbaycan bazarı Pakistan əti ilə dola bilər - RƏSMİ İCAZƏ ALDILAR

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artmaqda davm edir

Dövlət Vergi Xidməti "planı" artıqlaması ilə icra edib

Fond 9 ayda dövlət büdcəsinə 11 milyard manata yaxın vəsait köçürüb

Bazarlar “istefa şok"unu yaşayır

Fransanın Baş naziri istefa etdi, bazarlar sarsıldı
