Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Booking.com" böyük məbləğdə cərimələndi

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Booking.com" böyük məbləğdə cərimələndi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rusiya Federal Antiinhisar Xidməti (FAS) "Booking.com"u (Hollandiya) Rusiya bazarındakı dominant mövqeyindən sui-istifadə etdiyinə görə 1,3 milyard rubl (30 milyon manat) cərimələyib.

Marja xəbər verir ki, Federal Antiinhisar Xidmətinə görə, şirkət otellərə və yataqxanalara öz şərtlərini məcburi tətbiq edib. Nəticədə otellər digər satış kanallarında xidmətlərinin qiymətlərini Booking.com-dan daha aşağı təyin edə bilməyiblər.

"Rusiya Federal Antiinhisar Xidməti, bu cür hərəkətlərin bazarda rəqabəti məhdudlaşdırdığını və eyni zamanda otellərin maraqlarının pozulmasına gətirib çıxardığını aşkar edib", - Xidmətin məlumatında deyilir.

"Booking"in mətbuat xidmətindən verilən məlumata görə, şirkət Rusiya Federal Antiinhisar Xidmətinin qərarına etiraz etməyi planlaşdırır.

Booking otellər yataqxanalar
27.08.2021 08:21

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18