"Azərişıq" ötən il yaradılan 2 şirkətə 30 milyon manatlıq tender verdi
"Azərişıq" ASC Kəlbəcər rayonu ərazisində dövlət sərhədinin mühafizəsi və müdafiəsinin təşkilinin dayanıqlı və etibarlı elektrik enerjisi ilə təmin olunması məqsədilə 110/35/6 kV-luq "Gəncə-2" və 110/35/6 kV-luq "Daşkəsən" yarımstansiyaları arasında 110 kV-luq iki dövrəli hava xəttinin çəkilməsi (1), eləcə də Daşkəsən rayonunun ərazisində yerləşən mövcud 110/35/6 kV-luq “Daşkəsən” yarımstansiyasının, 2x40 MV/A gücündə yenidən qurulması işlərinin satın alınması (2) ilə bağlı elan etdiyi iki açıq tenderə yekun vurub.
Vahid dövlət satınalmaları portalında verilən məlumata görə, tenderlərin qalibi müvafiq olaraq “Enerji Construction” və "Msdis Holding" MMC-lərdir.
Qalib şirkətlərə "Azərişıq" müvafiq olaraq 14 milyon 417,3 min manat və 15 milyon 558,3 min manat, ümumilikdə isə 29 milyon 975,6 min manat xərcləyəcək.
Qeyd edək ki, “Enerji Construction” 2020-ci il yanvar ayının 13-də dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Şahin Mansur oğlu Mollayevdir. Şahin Mollayev əvvəllər Dövlət Vergilər Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşı olub. O, ötən ilin yanvar ayında iqtisadiyyat naziri Mikayıl Cabbarovun əmri ilə işdən azad edilib.
"Msdis Holding" 2020-ci il iyun ayının 10-da dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 2 milyon 572 min manat, qanuni təmsilçisi isə Mirfəyyaz Oktay oğlu Nağıyevdir.
"MSDIS Holdinq" inşaat, istehsalat və yanacaqdoldurma sektorları üzrə ixtisaslaşan şirkətlər qrupudur. Hazırda holdingin tərkibində 5 sahə fəaliyyət göstərir. Bunlar "MS Sement", "MS Kabel" və "MS Oil", Asfalt zavodu və karyer sahələridir.
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
51 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!





















