“İdeal”ın keçmiş sahibinin məhkəməsində şahid dindirilib
Bakı Ağır Cinayətlər Məhkəməsində “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində “İdeal Kompani”nin mühasibi işləmiş Samirə Quliyeva dindirilib.
S.Quliyeva suallara cavab olaraq bildirib ki, Fuad Şahvəliyevi tanıyır: “İlqar İsmayılova şirkətin kassasından verilən məbləğlər barədə hesabatlar həm də Fuad Şahvəliyevə verilirdi. İstənilən məbləğin məxaric olunmasından həm İlqar İsmayılovun, həm də Fuad Şahvəliyevin xəbəri olurdu”.
Daha əvvəlki iclaslarda F.Şahvəliyevin “İdeal Kompani”nin digər ortağını təmsil edən şəxs olmasına dair məhkəmədə fikirlər səsləndirilmişdi.
Şahidin sözlərinə görə, təqsirləndirilən şəxsin adına olan, lakin əslində şirkətə mədaxil olunan kreditlər olub ki, həmin kreditlərin aylıq ödənişləri üçün şirkətin xəzinəsindən İ.İsmayılova vəsait ayrılıb.
Müdafiə tərəfinin sualına cavab verən S.Quliyeva deyib ki, Həbib Qarayev şirkətdə təsərrüfat məsələlərinə cavabdeh və şirkətə nağd pulların mədaxil-məxaric edilməsində səlahiyyətli şəxs olub.
Şahid müdafiə tərəfinin ona təqdim etdiyi, İ.İsmayılov tərəfindən şirkətin kassasına ümumilikdə 5 milyona qədər vəsait mədaxil edilməsinə dair kassa mədaxil qəbzlərində olan imzasını təsdiqləyib və bildirib ki, həqiqətən də bu mədaxillər olub.
Bundan əlavə S.Quliyeva mədaxil və məxaric əməliyyatları ilə bağlı özündə təqsirləndirilən şəxsin şirkətə bir milyon beş yüz min, altmış səkkiz min dollar və sair məbləğlər mədaxil etməsi ilə bağlı İ.İsmayılov və F.Şahvəliyevlə elektron yazışmalardan çıxarışları təsdiqləyib.
O qeyd edib ki, şirkətin xəzinəsindən edilən bütün əməliyyatlar barədə günün sonunda hesabatlar hazırlanırdı və növbəti gün səhər İ.İsmayılova, F.Şahvəliyevə və maliyyə məsələlərindən digər vəzifəli şəxslərə göndərilirdi.
Şahid bildirib ki, İ.İsmayılovun adından şirkətin xəzinəsinə böyük məbləğli mədaxillər olurdu. O, bankdan İ.İsmayılovun adına götürülmüş və məbləği bir milyondan yuxarı olan kreditin götürülməsini və bankın inkassatoru tərəfindən nağd şəkildə “İdeal Kompani”nin xəzinəsinə mədaxil edildiyini xatırladığını deyib.
S.Quliyeva əlavə edib ki, həmin kreditlər üzrə aylıq ödəniş qrafikləri olduqda ödənişlər şirkətin kassasından ödənilib: “Səhv etmirəmsə, həmin kredit üzrə aylıq ödəniş 36 min manat idi”.
Məhkəmədə müdafiə tərəfi elan edib ki, İ.İsmayılova verilən ittihamda isə həmin məbləğlər mənimsəmə kimi qeyd edilib: “Guya həmin məbləğləri İlqar İsmayılov şəxsi kreditlərin ödənişinə sərf edib”.
S.Quliyeva söyləyib ki, İ.İsmayılovla yanaşı digər təsisçiyə də ildə iki dəfə böyük məbləğlərdə, dəyəri milyonlarla ölçülən divident ödənilib.
Növbəti proses sentyabrın 20-nə təyin edilib.
Qeyd edək ki, İ.İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.
Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Telegramda Marja.az səhifəsinə abunə olun
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
6 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
9 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
9 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti























