Ələtdəki xüsusi iqtisadi zona üçün 3 təklif
Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı beynəlxalq məsləhətçi şirkət 3 əsas təkliflə çıxış edib.
Bunu iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
"Birləşmiş Ərəb Əmirliklərinin "DP World" şirkəti ərazinin baş planı, azad zona haqqında qanun layihəsinin hazırlanması və qanunvericiliyə zəruri dəyişikliklərin edilməsi, son olaraq texniki-iqtisadi əsaslandırma təklifləri ilə çıxış edəcək", - deyə nazir əlavə edib.
Ş.Mustafayevin sözlərinə görə, təkliflər zəruri dövlət qurumlarının nümayəndələri ilə müzakirə edildikdən sonra dövlət başçısına təqdim olunacaq.
Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tərəfindən görülmüş işlər sayəsində yükdaşıyıcıları üçün keçid prosedurları sadələşdirilib, gediş-gəliş xərcləri təqribən 40 faizədək aşağı salınıb ki, bunun nəticəsi olaraq 2017-cı ilin 1-ci rübündə ölkəmizin ərazisindən 7500 TIR keçib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 50% çoxdur. 2016-cı ilin 1-ci rübü ilə müqayisədə bu ilin 1-ci rübündə yükdaşımalar ümumilikdə 26% artıb, qeyri-neft məhsullarında isə 50% artım müşahidə olunub. Bu ilin 1-ci rübündə ölkə ərazisindən 3 milyon ton yük daşınıb. Limanın birinci fazası üzrə işlər tamamlandıqdan sonra yükaşırma qabiliyyəti 15 milyon tona çatdırılacaqdır.
©Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























