Azəri-Çıraq-Günəşlidən 4 milyardıncı barel neft hasil edilib
Azəri-Çıraq-Günəşli (AÇG) neft yatağının operatoru kimi bp AÇG layihəsindəki tərəfdaşları – “SOCAR”, “MOL”, “İNPEX”, “Equinor”, “ExxonMobil”, “TPAO”, “ITOCHU”, “ONGC Videsh Limited (OVL)” – adından qürurla bəyan edir ki, 18 sentyabr 2021-ci il tarixində yataqdan 4 milyardıncı barel neft hasil edilib.
bp-dən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, ümumilikdə hasil edilmiş 4 milyard barel neft Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri və Qərb İxrac Boru Kəməri (QİBK) vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Səngəçal terminalından birbaşa dünya bazarlarına nəql edilmişdir. Bu vaxtadək BTC boru kəməri vasitəsilə təxminən 3,7 milyard barel neft nəql edilib ki, bu da əsasən 4847 tankerə yüklənmiş AÇG neftindən ibarət olub.
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz: “Bu nailiyyət AÇG-nin dünya səviyyəli yataq olduğunu bir daha nümayiş etdirir. Operator olaraq biz bu yatağın qarşıdan gələn onilliklər ərzində də davam edəcək möhtəşəm uğur hekayəsi ilə qürur duyuruq. AÇG yatağından hasilat 7 noyabr 1997-ci il tarixində Çıraq platformasından başlayıb. Həmin vaxtdan bəri Çıraq böyük bir tarix yazıb. İndi də 24 il sonra yeddi müasir və yüksək texnologiyalı platforma ilə birlikdə tarixi Çıraq AÇG-dən hasilatın təhlükəsiz, səmərəli və etibarlı şəkildə davam etməsində böyük rol oynamaqdadır.
Bu gün Azərbaycan “Əsrin müqaviləsi”nin imzalanmasının 27-ci ildönümünü qeyd edir. Bu, ölkənin yeni tarixində “Neftçilər Günü” kimi qeyd olunan əlamətdar bir gündür. 4 milyardıncı barel neftin hasil olunması isə AÇG-nin bu günə möhtəşəm hədiyyəsidir. Hasilatda bu cür böyük nailiyyət əldə etməklə, ölkə və öz səhmdarları üçün nəhəng gəlirlər gətirməklə, yerli icmalarda çoxsaylı davamlı inkişaf imkanları yaratmaqla AÇG həmçinin Xəzər regionunu aparıcı enerji hasilatı sahələrindən və dünyanın texnoloji cəhətdən ən qabaqcıl neft-qaz işlənmə regionlarından birinə çevirib. Operator kimi biz hökumət, SOCAR və digər tərəfdaşlarla sıx işləmək öhdəliyimizə sadiqiq və növbəti otuz ildə də AÇG-nin ölkəyə möhtəşəm töhfələr verməsini təmin etməyə davam edəcəyik.”
AÇG haqqında əsas faktlar:
- İlkin olaraq AÇG üzrə Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) 20 sentyabr 1994-cü il tarixində imzalanıb. Həmin vaxtdan bəri AÇG yatağının işlənməsinə təxminən 40 milyard ABŞ dolları həcmində sərmayə qoyulub.
- 2017-ci ildə AÇG üzrə HPBS-in müddəti 2049-cu ilin sonunadək uzadılıb.
- AÇG yatağı həmçinin Azərbaycan hökuməti üçün ümumilikdə təxminən 50 milyard kubmetr səmt qazı təmin edib.
- AÇG-də hazırda səkkiz dəniz platforması mövcuddur. Bunlardan altısı hasilat platforması və ikisi isə emal, qaz kompressiya, suvurma və texnoloji təchizat platformasıdır. AÇG yatağının növbəti işlənmə layihəsi olan Azəri Mərkəzi Şərqi (ACE) hazırda icra mərhələsindədir və burada ilk neftin 2023-cü ildə hasil olunacağı gözlənilir.
- Hasil edilmiş neft və qaz həcmləri platformalardan dünyanın ən böyük neft və qaz terminallarından biri olan Səngəçal terminalına (Bakı yaxınlığında, quruda yerləşir) nəql edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
1 saat əvvəl
Azərbaycan-İran dövlət sərhədində yük avtomobillərinin hərəkəti tam dayandırılıb
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan və İsrailin xarici işlər nazirlərinin telefon danışığı olub
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olunub, Bakı-İğdır-Bakı aviareysləri təyin edilib
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bank of Baku-da maliyyə savadlılığı günü
Expressbankdan bayram təklifi!
Müdafiə Nazirliyi: İran Naxçıvana 4 dron yönləndirib, onlardan 1-i Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılıb
Bayramov və Fidan arasında telefon danışığı aparılıb
Ən çox oxunanlar
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olunub, Bakı-İğdır-Bakı aviareysləri təyin edilib
İlham Əliyevin sədrliyi ilə iclas keçirildi - "İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir"
Dron hücumu ilə bağlı cinayət işi başlanıb
Dövlət Neft Fondunun İcraçı direktoruna müşavir təyin edilib
“Entrust” və “AzInTelecom” memorandum imzalanıb
SOCAR və “Pertamina” şirkətləri arasında əməkdaşlıq əlaqələrinin inkişafına diqqət yetirilib




















