Nazirliyin qurumundan "Ottobock"a 1,25 milyon manatlıq sifariş
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi "Protez-ortopedik məmulatlarının istehsalında istifadə olunan komplektləşdiricilər, xammal-materiallar və eləcədə bir sıra hazır reabilitasiya vasitələrin" satın alınması üçün keçkirdiyi tenderi yekunlaşdırıb.
Marja xəbər verir ki, qalib "Ottobock" şirkətidir.
Mərkəz qalib şirkət ilə məbləği 1 milyon 249 min 364 manat olan müqavilə imzalayıb.
Avqust ayında, Protez-Ortopedik Bərpa Mərkəzi "Protez-ortopedik məmulatlarının istehsalında istifadə olunan komplektləşdiricilər, xammal-materiallar və eləcədə bir sıra hazır reabilitasiya vasitələri"nin satın alınması üçün keçirdiyi tenderdə "Metiz-İmpeks" MMC qalib elan edilmişdi. Mərkəz qalib şirkət ilə məbləği 7 milyon 42 min 99 manat olan müqavilə imzalayımışdı.
Protez-Ortopedik Bərpa Mərkəzi müxtəlif protez-ortopedik məmulatların hazırlanması ilə yanaşı, müasir bionik protezlərin də düzəldilməsini həyata keçirir. Mərkəzdə Almaniyanın “Ottobock” şirkəti ilə əməkdaşlıq şəraitində layihələndirilməklə, yüksək texnologiyalı protezlərin istehsalı sexi də qurulub. Bu sexlərdə protezlərlə müasir korset, ortopedik, protez ayaqabı da hazırlanır. Mərkəzdə əlilliyi olan şəxslərlə yanaşı Qarabağ qazilərinin müalicəsi həyata keçirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 51 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























