"Azəri-Med" yenə qalibdir - BU DƏFƏ 3 MİLYON MANAT ALIR
Milli Onkologiya Mərkəzi "Şüa avadanlıqlarına və digər tibbi avadanlıqlara texniki xidmətlərin göstərilməsi, ehtiyyat hissələrinin satın alınması" üçün keçirdiyi tenderi yekunlaşdırıb.
Marja xəbər verir ki, qalib şirkət "Azəri-Med" QSC-dir.
Milli Onkologiya Mərkəzi qalib şirkət ilə məbləği 2 milyon 999 min 448 manat olan müqavilə imzalayıb.
Bundan başqa, Milli Onkologiya Mərkəzi sentyabr ayından "Azəri-Med" QSC-ni 2 dəfə də tenderində qalib elan edib. Tibbi avadanlıqların satınalınması və Tibbi inventarların satınalınması tenderlərində bu şirkət qalib olub. Mərkəz "Azəri-Med" ilə müvafiq olaraq 1 milyon 947 min 221 manatlıq və 47 min 649 manatlıq müqavilələr imzalayıb.
Ümumilkdə, 2021-ci ildə "Azəri-Med" Milli Onkologiya Mərkəzinin keçirdiyi tenderlərdə 6 dəfə qalib olub və 34 milyon 744 min manatlıq müqavilələr imzalayıb. Ən böyük məbləğli müqavilə "Kimyəvi dərman preparatlarının, reaktivlərin və bəzi tibbi sərf materiallarının satınalınması" üzrədir - 23 milyon 586 min 957 manat.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
-
8 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi

























