Bu gün Türkiyə Mərkəzi Bankında ilin ən kritik yığıncağıdır - QƏRARINI AÇIQLAYACAQ
Bu gün Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) ilin ən kritik yığıncağını keçirəcək. Marja xəbər verir ki, Bank faiz qərarını Bakı vaxtı ilə saat 15:00-da açıqlayacaqdır.
Keçirilmiş sorğuya görə, TCMB pul siyasəti faizini dəyişməyəcəkdir. İl sonuna dair gözlənti isə hazırda 19% səviyyəsində olan faizin 18%-ə düşəcəyi istiqamətindədir. Sorğuda iştirak edənlər Noyabr ayında ilk faiz endirimi qərarının olacağını nəzərdə tuturlar.
TCMB-nin özünün Bazar İştirakçıları Sorğusuna görə də bu ay faiz endirimi gözlənilmir.
İNFLYASİYA İFADƏSİNİ DƏYİŞİB
Son yığıncaqdan bu yana ən əhəmiyyətli inkişaf TCMB-nin inflyasiya ifadəsindəki dəyişiklik olub. TCMB sədri Şahap Kavcıoğlu, əsas inflyasiya göstəriciləri yerinə daha aşağı səviyyədə olan baza inflyasiyaya fokuslanmanın pandemiyadan çıxış dövründə daha uyğun olduğunu bildirib. TCMB-nin inflyasiyadakı ifadə dəyişikliyindən sonra bazarlarda bütün diqqətlər bu gün keçiriləcək yığıncağa çevrilib. İfadə dəyişikliyini faiz endirim dövrünün başlanğıc siqnalı olaraq qiymətləndirən şərhçilər çıxsa da, bazarın ümumi gözləntisi bugün faizin dəyişməz saxlanacağı istiqamətindədir. Lakin bazarın yığıncaqdan sonra Bankın açıqlamadakı mesajları diqqətlə oxuyacaqlar. Açıqlamada yaxın gələcəkdə faiz endiriminin başlayacağına işarələr ola bilər.
İNFLYASİYA FAİZİ AŞIB
Son yığıncaqdan bu yana ən mühüm hadisələrdən biri də inflyasiyanın Mərkəzi Bankın faizini aşmasıdır. Avqust ayında inflyasiya 19% olan pul siyasəti faizini üstələyib. Türkiyə Statistika Təşkilatının açıqladığı məlumatlara görə, Avqustda istehlakçı qiymətləri indeksi (inflyasiya göstəricisi) ötən ilin eyni dövrü ilə müqayisədə 19,25% artıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
2 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib























