Çinin sürpriz təbii qaz alışı qiymətlərə təzyiqi artırıb
Çinin mayeləşdirilmiş təbii qaz idxalında yüksək qiymət verməsi enerji bazarlarında narahatlıq yaradıb.
Çinin bu qış üçün enerji təhlükəsizliyinə dair artan qorxusu, dünyanın ən böyük idxalçılarından biri olan bu ölkəni mayeləşdirilmiş təbii qaz (LNG) alışında avropalı rəqiblərilə müqayisədə daha yüksək qiymət verməyə sövq edir. Marja xəbər verir ki, bu vəziyyət, onsuz da vəziyyətin gərgin olduğu enerji bazarlarında narahatlığı daha da artırıb.
Mövzu haqqında məlumata malik treyderlərə görə, dövlətə aid "China Petroleum & Chemical Corp"a (Sinopec) noyabr-mart dövründə təhvil alınmaq üzrə, ən azı 13 karqoluq LNG alışı ilə son ayların ən böyük satınalmalarından birini reallaşdırıb. Bu alış Avropadakı qiymətin çox üzərində bir qiymət ilə edilib və bu vəziyyət Çinin, enerji böhranının dərinləşməsi ilə birlikdə yanacaq üçün daha çox pul ayırmağa istəkli olduğunu göstərir.
Çində elektrik enerjisi fasilələrini zavodlardan sonra evlər də hiss etdirməyə başlayıb və ölkənin şimal bölgələrində yaşayanlar hal-hazırda elektrik enerjisinə fasilələr ilə qarşılaşırlar. Bu vəziyyət sosial sabitliksizlik və iqtisadi yavaşlama kimi risklər də yaradır. Çində zavodlar ölkəyə birbaşa idxal edilən təbii qazın böyük qisimini ya xam maddə ya da qızdırma məqsədli istifadə edir.
Avropadan Asiyaya, şimal yarımkürədə qış dövrü yaxınlaşarkən, qlobal iqtisadi bərpanın davam etdiyi bir vaxtda təklif çətinliklərinə görə təbii qaz qiymətləri güclü artıb. Çinin sürətlə böyüyən tələbi qlobal qıtlığın daha da artmasına gətirib.
Çinin bazara geri qayıtması Asiyadakı digər alıcıları da ürküdə və əlavə alışlara səbəb ola bilər. Belə bir vəziyyətdə qiymətlərin daha da artacağı gözlənilir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 gün sonra
-
40 d. əvvəl
Kreml Putinlə Azərbaycan liderinin telefon danışığını vacib adlandırıb
-
- 43 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Toyota yüz minlərlə avtomobili geri çağırır: Kamerasında texniki nasazlıq aşkarlanıb
-
1 saat əvvəl
Mərkəzi Bank müştəri hüquqlarının qorunması ilə bağlı yeni qaydalar üzərində işləyir
-
1 saat əvvəl
LG Electronics India-dan nəhəng IPO addımı - Səhmlərə böyük maraq var
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Bu gün "Ucuz Tesla” modeli təqdim olunacaq

BOKT “Caspian İnvest” 11-ci filialını Qazaxda açdı

Bankın Nəzarət şöbəsinə mütəxəssislər tələb olunur

Bankçılıqda yeni dövr: bütün hesab məlumatları eyni tətbiqdə!
Ən çox oxunanlar

Oktyabrın 8-də gözlənilən hava şəraiti

Mərkəzi Bank investisiya şirkətlərinin mənfəətliliyinin azalmasını şərtləndirən əsas amilləri açıqlayıb

Çin ardıcıl 11-ci aydır qızıl alır

İlham Əliyev Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb

"Əlavə xarici borclanma olacaq"

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
