Azərbaycan Prezidenti İran maşınlarının qanunsuz Qarabağa getməsinə münasibət bildirdi
"Bu ticarət dost və qardaş olaraq gördüyünüz ölkəyə açıq hörmətsizlik edəcək qədər önəmli idimi? "
“İran TIR-larının qanunsuz şəkildə Qarabağ bölgəsinə getməsi ilk dəfə baş vermir. Belə hallar işğal dövründə də dəfələrlə baş verib”.
Bunu Prezident İlham Əliyev “Anadolu” Agentliyinə müsahibəsində bildirib.
Dövlət başçısı qeyd edib ki, bu TIR-lar davamlı şəkildə ora gedi:
"Bu barədə bizim məlumatımız vardı, ancaq əlbəttə, indiki kimi tam dəqiq məlumatımız yox idi. Bunu nəzərə alaraq, müxtəlif kanallar vasitəsi ilə İran tərəfinə narahatlığımızı ifadə edirdik. Ancaq bu proses davam edirdi. Müharibə başa çatdıqdan sonra artıq Laçın dəhlizi bizim gözümüzün qarşısındadır. Bizim hərbi postlardan Xankəndiyə gedən yola qədər məsafə bəlkə də 5-6 metrdir. Biz Laçın koridoru boyunca ayrıca Şuşa ətrafında və digər bölgələrdə yetərli qədər texniki vasitələrə malikik, kameralar var. Peyk, pilotsuz uçuş aparatlarından istifadə edirik. Biz gördük ki, TIR-lar müharibədən sonra da ora getməyə davam edir. Bu durumda Prezident Administrasiyasının əməkdaşlarına təlimat verdim ki, İranın Azərbaycandakı səfiri ilə danışsınlar, bunu rəsmiyyətə çevirmək istəmirik. Dostca danışsınlar və buna son qoyulmasının vacibliyini söyləsinlər. Bu, bizə hörmətsizlikdir, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdir, buna son qoyulmalıdır. Səhv etmirəmsə, bu danışıq iyul ayında oldu. Ondan sonra təbii ki, biz bunu izləməyə başladıq. Hər ayın başında bizdə məlumatlar toplanırdı ki, neçə TIR gəldi, neçə TIR çıxdı, nə gətirdi, nə apardı. Onların nömrələrinə qədər bütün məlumatlar bizdə vardı, bunlar mətbuatda yer aldı. Ancaq sonra nə etdilər? İran TIR-larına Ermənistan nömrələri vurmağa başladılar, belə saxtakarlığa əl atdılar. Bizi aldatmağa çalışdılar. Elə fərasətsiz iş gördülər ki… Maşının üzərindəki çənə farsca yazılar, aşağıda isə erməni nömrələri. Onu da deyim ki, eyni nömrələri bir neçə maşının üzərinə yapışdırırdılar. Bu iş o qədər sistemsiz həyata keçirilirdi ki… Bu da göstərirdi ki, bu işi davam etdirmək, ancaq pərdələmək istəyirlər”.
Prezident İlham Əliyev qeyd edib ki, bu vəziyyətdə bir ay geçdikdən sonra Azərbaycan artıq rəsmi formada diplomatik nota verib:
“İranın Azərbaycandakı səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət edildi. Şikayətlər səfirə bildirildi və bu duruma son qoyulması xahiş edildi. Bu, avqustun ortasında olmuşdu. Ümid edirdik ki, buna son qoyacaqlar. Lakin 11 avqust - 11 sentyabr aralığında 60 İran TIR-ı qanunsuz şəkildə Qarabağa hərəkət etdi. Bunun qarşısını almaq üçün biz artıq praktik addımlara keçdik. Bizim davranış və addımlarımız məsuliyyətlidir, dostluq münasibətlərinə əsaslanmaqdadır. İlk dəfə sözlə xəbərdarlıq, ikinci dəfə rəsmi nota, üçüncü dəfə nəzarət məntəqələri, gömrük, sərhəd, polis. Beləliklə, biz Azərbaycan ərazisindən keçən yola nəzarət etməyə başladıq və sonrasında Qarabağa gedən TIR-ların sayı sıfıra düşdü. Baxın, məsələni bu həddə çatdırmağa gərək vardı? Orada, Rusiya sülhməramlılarının nəzarətindəki Qarabağ bölgəsində cəmi 25 min insan yaşayır. Bu bazar o qədərmi önəmlidir? Bu ticarət dost və qardaş olaraq gördüyünüz ölkəyə açıq hörmətsizlik edəcək qədər önəmli idimi? Biz əlbəttə, beynəlxalq konvensiyalar və beynəlxalq hüquqla müəyyən edilən bütün vasitələrdən istifadə etdik. Bəziləri deyirlər ki, sadəcə, İran maşınlarından gömrük vergisi alırsınız. Biz indi xarici ölkələrə daxil olanda gömrük vergisi ödəyirikmi? Ödəyirik. Onlar da Azərbaycan torpaqlarından keçirsə, vergi ödəməlidirlər”.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
13 d. əvvəl
Türk Hava Yolları böyük sayda Boeing təyyarəsi sifariş verdi
-
18 d. əvvəl
Naxçıvan Sənaye Parkının layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb
-
- 20 d. əvvəl
-
50 d. əvvəl
Şirkətdə "bəzi səhmdarların paylarının geri alınması" üçün yığıncaq keçiriləcək
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp ABŞ-a idxal olunan ağır yük maşınlarına 25% gömrük rüsumu tətbiq etdi
-
1 saat əvvəl
Tramp 1 oktyabr tarixindən idxal dərmanlarına 100% rüsum tətbiq edəcək
-
1 saat əvvəl
Çin şirkətinin nümayəndə heyəti ilə görüş baş tutub, ARDNF "hazırıq" mesajını verib
- 2 saat əvvəl
Son Xəbərlər

Türk Hava Yolları böyük sayda Boeing təyyarəsi sifariş verdi

Azərbaycan neftinin son qiyməti

Starbucks 1 milyard dollarlıq yenidənqurma planı çərçivəsində bəzi mağazalarını bağlayacaq və işçiləri ixtisar edəcək
Ən çox oxunanlar

Çin şirkətinin nümayəndə heyəti ilə görüş baş tutub, ARDNF "hazırıq" mesajını verib

Bosch 13 min işçisini ixtisar edəcək

Azərbaycanın alüminium nəhəngi maliyyə göstəricilərini açıqladı - mənfəəti 5,7 dəfə artıb

Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər

“Azkredit"in xalis mənfəəti artıb

Avropa bankı Azərbaycanda ilk dəfə istiqraz buraxır - MƏBLƏĞ
