Baş nazir: Gürcüstanın Türkiyə ilə sərhəddə dəmir yolu tikintisini başa çatdırması vacibdir
"2020-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə daşınan yüklərin həcmi iki dəfədən çox artıb".
Bunu Baş nazir Əli Əsədov Azərbaycan və Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasında bildirib.
Ə.Əsədov deyib ki, 2021-ci ilin 8 ayı ərzində bu marşrut üzrə yük daşımalarının həcmi 345 min tondan çox olub: "Dəhlizin tam gücü ilə işə salınması üçün Azərbaycan, Gürcüstan və Türkiyə tərəfindən birgə işlər davam edir. Bu baxımdan, Marabda-Türkiyə Respublikasının sərhədinə qədər olan dəmir yolu sahəsinin inşasının başa çatdırılması və mərhələli şəkildə istismara verilməsi üçün Gürcüstan tərəfindən müvafiq işlərin sürətləndiriləcəyinə ümid edirik. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və digər dəhlizlər çərçivəsində də əməkdaşlıq uğurla davam edir".
Qeyd edək ki, Sentyabrın 29-da Bakıda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin sədrliyi ilə Azərbaycan Respublikası ilə Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib.
İclas zamanı gündəlikdə duran məsələlərə dair məruzələr dinlənildi, geniş fikir mübadiləsi aparıldı. Həmçinin iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən informasiya texnologiyaları, kənd təsərrüfatı, mədəniyyət, təhsil və turizm sahələrində ikitərəfli əməkdaşlığın perspektivləri geniş müzakirə edilib.
Sonda Azərbaycan və Gürcüstan arasında aşağıdakı sənədlər imzalanıb :
- İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasının Protokolu;
- “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Azərbaycan Respublikası və Gürcüstan arasında dövlət sərhəd buraxılış məntəqələri haqqında Saziş”;
- “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında standartlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq haqqında Saziş”;
- “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyi arasında 2021-2024-cü illər üçün mədəniyyət sahəsində əməkdaşlıq haqqında Proqram”;
- “Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə LEPL “Enterprise Georgia” Agentliyi arasında Anlaşma Memorandumu”;
- “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə LEPL “Enterprise Georgia” Agentliyi arasında Anlaşma Memorandumu”.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan premium üstünlüklərlə dolu yeni "Bankkart Prestij" kredit kartını təqdim edir!
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
- 27 d. əvvəl
- 1 saat əvvəl
-
3 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
3 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
İranda dolların qiymətində yeni rekord
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq



















