Lirənin manata qarşı məzənnəsi tarixi minimumu yeniləyib
Sentyabrın 30-da Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi daha 0,4% azalaraq 0,1906 manat enib və ötən gün qeydə alınmış tarixi minimumu yeniləyib.
Azərbaycan Mərkəzi Bankının göstəriciləri əsasında aparılan hesablamalara görə, 2006-cı ildə Azərbaycanda baş verən denominasiyasından sonra lirə ilk dəfədir ki, sözügedən səviyyəyə enib. Sentyabr ayında lirənin manata qarşı orta məzənnəsi 0,1995 manat təşkil edib. Bu, avqust ayı ilə müqayisədə 0,4% azdır.
Qeyd edək ki, indiyədək (denominasiyadan sonra – red.) lirənin manata qarşı ən yüksək dəyəri 2008-ci ilin yanvarın 15-də qeydə alınıb – 0,7363 manat. Son 10 ildə isə lirənin manata qarşı məzənnəsinin pik həddi 2011-ci ilin mayın 19-da qeydə alınıb – 0,5026 manat.
Xatırladaq ki, Türkiyə lirəsinin rekord səviyyələrə enməsi Türkiyə Mərkəzi Bankının uçot dərəcəsini gözlənilmədən (illik inflyasiyanın avqustda yüksək səviyyədə (19,25%) olmasına baxmayaraq) 19%-dən 18%-ə azaltdıqdan sonra baş verdi. Sentyabrın 24-dən sonra lirənin ABŞ dollarına qarşı məzənnəsi də tarixi minimumları yeniləməyə başladı. Hazırda, 1 dollar 8,8978 lirəyə bərabərdir.
Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnəsinə görə, hazırda 1 manat 5,2466 lirəyə bərabərdir.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 20 d. əvvəl
-
-
36 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Ən çox oxunanlar
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir






.jpg)








.jpg)






