"Satış yaxşıdır, birinin qiyməti 2,50 manatdır”
Salyan da yemçiliyin inkişaf etdirildiyi rayonlar sırasındadır.
Salyanda kənd təsərrüfatının digər sahələri kimi, yem istehsalına da böyük önəm verilir. Yem bazasının gücləndirilməsi məqsədilə əkilən yonca bitkisi rayonun əsasən Ərəbqardaşbəyli, Kürqaraqaşlı, Şorsulu, Dayıkənd, Qızılağac kəndlərində becərilir.
Fermer Ərzuman Əsgərov da Salyanda yonca əkən yüzlərlə fermerdən biridir. İki hektar sahədə yonca yetişdirən təsərrüfat sahibi bu il artıq dördüncü dəfə biçin aparacaq: “Mövsüm ərzində 5 dəfə, hətta 6 dəfə biçin həyata keçiririk. Birinci biçində 600 ot bağlaması götürdüm, ikinci biçində 400, üçüncüdə isə 300 oldu. İndi də dördüncü biçin gedir. Yəqin ki, 300-350 ot bağlaması götürərəm. Ümumiyyətlə, bu il məhsulumuz pis deyil. Satış da yaxşıdır. Bir ot bağlamasının qiyməti 2.50 manatdır”.
Ərzuman Əsgərov onlara göstərilən dövlət dəstəyindən də razıdır. Subsidiya, gübrə, toxum və avadanlıqları vaxtında alan fermer bütün bunların yemçiliyin inkişafına müsbət təsir etdiyini bildirir. Yonca uzunömürlü bitki olduğundan daha çox gəlir gətirir, bu da əkinçilərin sosial rifahında əsas rol oynayır.
Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Rişad Əsgərli bildirib ki, rayonda 22 min 200 hektar yonca sahəsi var. Bunun da 4666 hektarı təzə yonca sahələridir. Heyvandarlığın inkişafında qiymətli yem bitkisi olduğuna görə, yonca əkininə fermerlər tərəfindən böyük maraq göstərilir.
Telegramda Marja.az səhifəsinə abunə olun
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 53 d. əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanda investisiya vərdişləri necə inkişaf edə bilər?
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
Qızıl gətir, sərfəli kredit götür!
Ən çox oxunanlar
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib




























