ABŞ hökuməti defoltdan müvəqqəti xilas oldu - TƏCİLİ TƏSDİQ
Dekabrın 3-nə qədər pul var, ondan sonra - Konqresin insafına qalıb...ABŞ hökuməti defolt və fəaliyyətin dayanması riskini müvəqqəti neytrallaşdıra bilib.
Marja xəbər verir ki, dünən prezident Bayden bəzi federal qurumların büdcələrinin bitməsinə bir neçə saat qalmış Konqresdə təsdiqlənən müvafiq qanunverici aktı imzalayıb.
Müvəqqəti tədbirlər haqqında akt dekabrın 3-nə qədər federal və ştatlar səviyyəsində hökumətin fəaliyyətini maliyyələşdirməyə kömək edəcək. “Bu sənəd xalqın mühüm əhəmiyyətli və təcili ehtiyaclarını qarşılayacaq.” - Bayden imzaladıqdan sonra bəyan edib. Prezident həmçinin, “hələ görülməli çox iş qaldığını” bildirib.
Konqres dünən təcili şəkildə qanun layihəsini təsdiq edib. Nümayəndələr Palatasında səsvermə bütün Demokratların və 34 Respublikaçının dəstəyi ilə 254-ün 175-ə nəticələnib. Senat isə 65-in 35-ə lehinə səs verib.
Tədbir müvəqqəti xarakter daşıyır və Bayden Administrasiyasının qarşısında duran əsas məsələ ABŞ-ın dövlət borcuna qoylan həddin götürülməsinə nail olmaqdır. Əks təqdirdə, əlavə borclanma olmadan hökumətin öz maliyyə öhfəliklərini icra etməsi mümkün olmayacaq.
Konqresin Nümayəndələr Palatası sentyabrın 29-da məsələnin lehinə səs verib. Senatda Respublikaçıların müqavimətini qıraraq, sənədin qısa müddətdə təsdiqlənməsi hazırda Demokratların ən mühüm və çətin prioritetidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
7 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
-
39 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
5 saat əvvəl
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan neftinin son qiyməti
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub




















