ABŞ-da neft hasilatı daha da artdı
ABŞ-da kommersiya məqsədli xam neft ehtiyatları ötən həftə 4,4 milyon barrel azalıb.
"Marja" xəbər verir ki, ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədə kommersiya məqsədli xam neft ehtiyatlarının ötən həftə 4,4 milyon barrel (0,9 faiz) azalaraq 516,3 milyon barelə düşdüyünü açıqlayıb. Bazar gözləntisi, ehtiyatların 2,4 milyon barrel azalacağı istiqamətində idi. Bir əvvəlki həftə də xam neft ehtiyatları 1,8 milyon barrel azalma qeyd etmişdi.
Beləliklə, ABŞ-da kommersiya xam neft ehtiyatları 7 həftə azalma azalma qeyd edib.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji neft ehtiyatları da keçən həftə 0,4 milyon barrel (0,1 faiz) azalaraq 687,7 milyon barrelə enib.
ABŞ-ın həftəlik benzin ehtiyatları da sözügedən həftə 0,8 milyon barel (0,3 faiz) azalaraq 239,9 milyon barelə düşüb. Bazar gözləntisi 1,2 milyon barrel azalma olması istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 0,4 milyon barrel azalma qeyd etmişdi.
Sözügedən dövrdə ABŞ-ın xam neft istehsalı, bir əvvəlki həftə ilə müqayisədə gündəlik orta hesabla 15 min barrel artaraq 9,32 milyon barrelə çatıb.
Beləliklə, ABŞ-ın xam neft hasilatı son 14 həftənin 13-ünde yüksəliş qeyd etmiş oldu.
Ölkənin xam neft idxalı isə sözügedən həftə əvvəlkinə nisbətən, gündəlik orta hesabla 296 min barrel azalma ilə 8,29 milyon barrelə enib.
ABŞ-ın kommersiya xam neft və benzin ehtiyatlarındakı azalmaya baxmayaraq hasilatın artması ilə əlaqədar olaraq, qlobal bazarlarda xam neftin qiymətləri bir qədər aşağı düşüb. EIA göstəricilərinin açıqlanması ilə Brent neftin barrel qiyməti 0,5% düşərək 53,85 dollara enib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
33 d. əvvəl
Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
-
- 36 d. əvvəl
-
45 d. əvvəl
İlham Əliyev “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
-
48 d. əvvəl
ABŞ Dövlət katibinin iqtisadi məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdədir
- 1 saat əvvəl
-
2 saat əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
Ən çox oxunanlar
Qlobal bazarlar Trampın qərarını gözləyir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir



















.jpg)




