Avropada təbii qazın qiyməti kəskin şəkildə artaraq yeni tarixi rekorda yüksəldi
Avropada qazın qiyməti tarixi maksimumunu yenilədi, min kubmetr üçün 1600 dolları keçdi.Oktyabrın 6-da ticarətin açılışında Avropada təbii qazın qiyməti kəskin şəkildə artaraq yeni tarixi rekorda yüksəlib və əvvəlcə 1000 kubmetr üçün 1500 dolları, sonra isə 1600 dolları keçib.
Marja xəbər verir ki, bu, ICE birjasının məlumatlarından məlum olur.
Noyabr fyuçerslərinin qiyməti 1000 kubmetr üçün 1606 dollara yüksəlib (və ya hər MW * saat üçün 130 avro). Dünən Avropada qazın qiyməti 1400 dolları keçmişdi.
"Şimal axını 2" qaz kəmərinin birinci xəttinin sınaqlarının başladığı xəbərinə baxmayaraq Avropada qaz qiymətləri artır. Rusiyanın "Qazprom" şirkəti 2021-2022-ci ilin qışının soyuq və qarlı olacağını gözləyir.
Avropa anbarlarında qaz ehtiyatları uzun illərdir ən aşağı səviyyədədir. Ötən ilə nisbətən doluluq boşluğunun 20,5 milyard kubmetr olduğu təxmin edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 5 d. əvvəl
-
-
8 d. əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
-
30 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
Ən çox oxunanlar
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub


















