AQTA sədri “Azərsun Holdinq” şirkətlər qrupunun rəhbərliyini qəbul edib
“Azərsun Holdinq” Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə əməkdaşlığı genişləndirəcək.
Oktyabrın 7-də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli “Azərsun Holdinq” şirkətlər qrupunun rəhbərliyini qəbul edib.
MArja xəbər verir ki, görüşdə AQTA sədri Q. Təhməzli ölkəmizdə qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığının təmin edilməsi məqsədilə bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin bütün zəruri metodiki göstərişlərə əməl etməsinin vacib olduğunu bildirib.
Qeyd edilib ki, əhalinin təhlükəsiz və sağlam qida məhsulları ilə təmin olunmasında qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin üzərinə böyük məsuliyyət düşür.
Səmimi qəbula görə təşəkkür edən “Azərsun Holdinq” şirkətlər qrupunun rəhbərliyi əhalinin təhlükəsiz qida məhsulları ilə təmin olunması, həmçinin istehlakçı hüquqlarının müdafiəsi istiqamətində səylərin daha da artırılacağını bildirib.
Görüş çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən metodiki dəstəyin artırılması və əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
9 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
9 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
9 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 9 saat əvvəl
-
9 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
10 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 10 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
