Azərbaycan qurumu ABŞ fondu ilə birgə Vençur Fondun yarada bilər - ANLAŞMA
İnnovasiyalar Agentliyi və ABŞ-ın Starta Vençur Kapital Fondu innovasiyalar və yüksək texnologiyalar sahəsində əməkdaşlığa başlayır. Yeni əməkdaşlıq platformasının məqsədi ABŞ-ın biznes ekosisteminə inteqrasiya edə biləcək yerli innovasiya ekosisteminin potensialının artırılmasıdır.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyi ilə ABŞ-ın Starta Vençur Kapital Fondu arasında innovasiyalar və yüksək texnologiyalar sahəsində Anlaşma Memorandumu imzalanıb.
Agentliyin yaydığı məlumata görə, yeni əməkdaşlıq formatı startap, tələbə və vençur investorlar üçün təlim və akselerasiya proqramların həyata keçirilməsi, layihələrin kommersiyalaşdırılmasını və birgə Vençur Fondun yaradılmasını təmin edəcək.
Virtual imzalanma mərasimində Anlaşma Memorandumunu İnnovasiyalar Agentliyinin İdarə Heyətinin Sədri Tural Kərimli və Starta Kapital Vençur Fondunun direktoru Gabriel Arant imzalayıb.
Tural Kərimli bugünkü imzalanma mərasimi haqqında bildirib:’’ Starta Vençur Kapital Fondu ilə əməkdaşlığı Azərbaycan innovasiya ekosisteminin inkişafı üçün olduqca önəmli mərhələ hesab edirəm. 2022-ci ildən etibarən birgə layihə çərçivəsində Azərbaycan startapları Startanın Akselerasiya proqramında iştirak etmək üçün Nyu-York qərargahına dəvət olunacaqlar. Starta eyni zamanda potensial layihələrə ilkin investisiya yatırmaqla yanaşı Azərbaycan startaplarına Amerika bazarında digər investorlar və müştərilər tapmaqda yaxından köməklik göstərəcəkdir.’’
Görüşdə Starta Vençur Kapital Fondunun yeni bazarların inkişafı Akselerator proqramının rəhbəri və meneceri Renat Khariullin və İnvestisiya analitiki Qüdrət Quliyev iştirak ediblər.
İNNOVASİYALAR AGENTLİYİ- yerli sahibkarlıq subyektlərinə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərmək və onların transferini təşkil etmək, innovasiya yönümlü elmi tədqiqatları dəstəkləmək, innovativ layihələri (o cümlədən, startapları) təşviq etmək, onları qrant, güzəştli kredit və nizamnamə kapitalına sərmayə (o cümlədən vençur maliyyələşməsi) vasitəsilə maliyyələşdirmək, innovasiya təşəbbüskarlığını təbliğ etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 6 noyabr 2018-ci il tarixli 325 nömrəli Fərmana əsasən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və “Yüksək Texnologiyalar Parkı-YT Park’’ Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında nazirliyin tabeliyində formalaşdırılıb.
STARTA–ABŞ-ın Nyu-York şəhərində yerləşən, missiyası beynəlxalq texnologiya startaplarının ABŞ biznes ekosisteminə girişini, genişlənməsini və sərmayə yatırılması kimi imkanları təmin edən nəhəng şirkətlər qrupudur. Şirkətlər Qrupu daxilinə Vençur Kapital Fondları və Akseleratorlar daxildir. Startanın portfelində 16-dan çox şirkət var, təxminən 1000 sahibkar 5 il ərzində müxtəlif Akselerasiya proqramları və məktəbləri bitirib.
Fond başlanğıc mərhələsində olan texnologiya startaplarına xüsusi diqqət yetirir və hər il 2000-dən çox layihəni qiymətləndirir, onlardan Starta Accelerator proqramları üçün 30-40 startap və Starta Capital tərəfindən investisiyalar və Liqvest platformasına
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
AMD və OpenAI strateji tərəfdaşlıq qurdu, AMD səhmləri 38% bahalaşdı
-
-
6 saat əvvəl
Tramp yük avtomobilləri üçün 25 %-lik gömrük rüsumu elan edib
- 10 saat əvvəl
-
11 saat əvvəl
Bugatti Mistral - Dünyanın ən sürətli roadsteri artıq Azərbaycanda - FOTOLAR
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

AMD və OpenAI strateji tərəfdaşlıq qurdu, AMD səhmləri 38% bahalaşdı

Tramp yük avtomobilləri üçün 25 %-lik gömrük rüsumu elan edib

Azərbaycanın investisiya şirkətinə əlavə maya qoyulur

Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakı Limanında son 22 ilin ən yüksək nəticəsi qeydə alınıb

Bakcell-in meqa lotereyasının ilk qalibi bəlli oldu!
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb

Qırğızıstan Prezidenti Azərbaycana gəldi

Macarıstanın Baş naziri Qəbələdədir

Azərbaycan bazarı Pakistan əti ilə dola bilər - RƏSMİ İCAZƏ ALDILAR

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artmaqda davm edir

Dövlət Vergi Xidməti "planı" artıqlaması ilə icra edib

Fond 9 ayda dövlət büdcəsinə 11 milyard manata yaxın vəsait köçürüb
