Türk Lirəsi Dollar qarşısında rekord ucuzlaşdı
Dollar 9 lirəni keçdiTürkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) keçən ay faiz endiriməsindən sonra Türk Lirəsinin ucuzlaşması sürətlə davam edir.
Marja xəbər verir ki, üstəlik ABŞ istiqrazlarının da gəlirliliyinin artması ilə, dollar/TL məzənnəsi 9 səviyyəsini aşaraq tarixinin ən yüksək səviyyəsini görüb.
Bakı vaxtı ilə saat 22:50-də dollar/TL məzənnəsi 9.0178-də olub. Avro/TL məzənnəsi isə 10,4211 səviyyələrində əməliyyat olunub.
Qlobal inflyasiya narahatlıqları ilə əlaqədar investorların daha riskli aktivlərə "iştahı" azalıb. Türk Lirəsi də riskli aktivlərdən biri hesab olunur.
Türk Lirəsinin ucuzlaşmasına Prezident Rəcəb Tayyib Ərdoğanın Suriya ilə bağlı açıqlaması da təsir göstərib.
"Suriyadan ölkəmizə istiqamətlənmiş hücumların qaynağı mahiyyətindəki yerlər mövzusunda artıq dözümümüz qalmamışdır. Suriyadan qaynaqlanan təhdidləri, oralarda təsirli olan güclərlə birlikdə ya da öz imkanlarımızla aradan qaldırmaqda qərarlıyıq",- Ərdoğan deyib.
Türk Lirəsi, TCMB-nin 23 Sentyabrda bazar proqnozunun əksinə faizini aşağı salmasının ardından keçən ay 5,9% dəyər itirib.
"ƏRDOĞAN TƏKRAR SEÇİLSƏ DOLLAR 20 TL OLAR"
Məmləkət Partiyasının sədri Muharrem İnce "Ərdoğan seçilsə dollar 8-10 TL olar" şərhini xatırladaraq bu ifadələri istifadə edib:
"2018-də Ərdoğan seçilsə dollar 8-10 TL olar demişdim. 1 dollar 9 TL oldu. Ərdoğan təkrar seçilsə dollar 18-20 TL olar. Millətin müqəddaratı, millətin əlindədir".
İyi Partiyanın sədr müavini Bahadır Erdem, "Mərkəzi Bankın sədri "məzənnənin faiz endirimi ilə əlaqəsi yoxdur" dedi, 1 Dollar 9TL olaraq tarixi zirvəni gördü! Mərkəzi Bankın sədri cənab Kavcıoğlu otağını yığışdırmağa başlamışdır hərhalda", - ifadələrini paylaşıb.
CHP-nin spikeri Faik Öztrak sosial mediadan mövzu ilə əlaqədar etdiyi açıqlamada bu ifadələri istifadə edib:
"Məsuliyyətlərinizdən bəlkə qaça bilərsiniz. Amma məsuliyyətdən qaçmanın nəticələrindən qaça bilməzsiniz. "Faiz endiriminin TL-dəki dəyər itkisinə təsiri yoxdur" deyildiyi gün, valyuta məzənnələrinin verdiyi cavab".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 gün sonra
-
- 35 d. əvvəl
- 39 d. əvvəl
- 45 d. əvvəl
-
51 d. əvvəl
İlk 4 ayda Azərbaycanın qeyri neft-qaz sektoru 0,7 faiz artıb
-
54 d. əvvəl
SOCAR-ın prezidenti TPAO şirkətinin nümayəndə heyəti ilə görüşüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın aparıcı toyuq əti istehsalçısı yenidən təşkil olunur
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 29 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Prezident İlham Əliyev Qazaxıstanda səfərdədir
“Unibank” yeni iri həcmli maliyyə vəsaiti cəlb edib
SOCAR-ın prezidenti TPAO şirkətinin nümayəndə heyəti ilə görüşüb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 29 GÜN
Ən çox oxunanlar
Azərbaycanın aparıcı toyuq əti istehsalçısı yenidən təşkil olunur
AZAL bu gündən Dubay istiqamətində uçuşları bərpa edir
"Norm" şirkəti WUF13 ilə bağlı tədbirdə yer alıb
ABB Invest 2025-ci il üzrə müsbət artım dinamikasını qoruyub saxladı
Azərbaycan neftinin son qiyməti
Trampın "Çin ABŞ neftini almağa razılaşıb" açıqlamasından sonra neft daha da bahalaşıb
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Rəsmi məzənnələr açıqlandı







.jpg)








.jpg)

