“Westgold”un Azərbaycanda rəsmi satışı şirkəti bəzi media orqanlarına 3 gün vaxt verib
Son günlər Yeni Zelandiyada istehsal edilən “Westgold” kərə yağı markası haqqında yazılı və elektron mediada bir sıra böhtanlar səsləndirilib.
Marja.az olaraq bu ittihamlara aydınlıq gətirilməsi üçün "Westgold" markasının Azərbaycanda rəsmi satışı ilə məşğul olan "West Product Marketing" şirkətilə əlaqə yaratdıq. Şirkətin nümayəndəsi Jalə Əlizadənin ittihamlarla bağlı fikirlərini diqqətinizə çatdırırıq.
“Westgold kərə yağı markası haqqında mətbuatda dərc olunan ittihamlara cavab olaraq bildirmək istəyirik ki, şirkətimizə kərə yağının keyfiyyəti ilə bağlı heçbir müraciət daxil olmamışdır. "Westgold" kərə yağı Yeni Zelandiyada ən son texnoloji avadanlıqlar vasitəsilə “Fritz Churn” nehrə üsulu ilə istehsal olunur. Məhsulun tərkibi və keyfiyyəti ilə bağlı bütün lazimi sertifikatlara istinadən idxal olunur.”
Jalə xanım sözlərinə davam edərək bildirib ki, “ittihamları yayımlayan media orqanları ilə bağlı hüquqi prosedur başladılmışdır. Onların ünvanlarına bu ittihamları sübut edən fatların tələbi ilə bağlı rəsmi məktublar göndərilmişdir. Əgər 3 iş günü ərzində cavab ala bilməsək, bu məsələ ilə bağlı müvafiq məhkəmə orqanına müraciət etməyi planlayırıq. Həmçinin qeyd edək ki, "Westgold" kərə yağı markasının rəsmi nümayəndəliyi olaraq biz bu kimi hallara qarşı mübarizəmizi hüquqi müstəvidə aparmağa davam edəcəyik.”
Marja.az olaraq bu məsələni diqqətdə saxlayacaq və izləyicilərimizə nəticələr haqqında məlumat verəcəyik.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
45 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
4 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq




























