21 Oktyabrda veriləcək qərar Türk Lirəsi üçün həlledici ola bilər
Türk Lirəsi Dollar qarşısında rekord səviyyələrdə ucuzlaşmaqda davam edir. Bu gün Dollar/TL məzənnəsi 9,3074-ü görərək rekord qırıb. Türk Lirəsinin ucuzlaşmasının əsas səbəblərindən biri Türkiyə Mərkəzi Bankının ötən ay faiz endirimi etməsi və bu həftə də endirimlərə davam edə biləcəyi narahatlığıdır.
Marja xəbər verir ki, indi Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) 21 Oktyabrda açıqlayacağı faiz qərarı səbirsizliklə gözlənilir. Sorğuya görə, bazar Mərkəzi Bankdan 0,50 bənd faiz endirimi gözləyir.
Bloomberg-in 17 qurum arasında keçirdiyi sorğuya görə, Mərkəzi Bank əsas faiz dərəcəsini 0,50 bənd azaldaraq 18%-dən 17,50% səviyyəsinə salacaqdır.
İştirakçılar Noyabr ayında da faiz endiriminin davam edəcəyini gözləyirlər.
Sorğuya görə, 2021-ci ilin sonunda TCMB-nin faizi 16,50% olacaqdır.
Analitiklər, Türkiyə Respublikası Mərkəzi Bankının faizini azaltması ilə Türk Lirəsinin daha da ucuzlaşacağını, məzənnənin 9,50 səviyyəsini də aşacağını gözləyirlər.
Xatırladaq ki, 23 Sentyabrda Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) pul siyasəti faizini 1.00 bənd aşağı salaraq 19%-dən 18%-ə endirib. Bazar faizin sabit saxlanılacağını gözləyirdilər. Bundan sonra türk Lirəsinin ucuzlaşması sürətlənib.
Hazırda Türkiyənin Suruyada yeni bir əməliyyata başlağacağı ehtimalı, qlobal bazarlarda dolların və neftin bahalaşması, inflyasiyanın artması da Türk Lirəsinin ucuzlaşmasına səbəb olur.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
2 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib























