Azərbaycanın beynəlxalq şirkətlər qrupu böyük sement istehsalçısını almaq niyyətindədir
"NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun prioritet fəaliyyət sahələrindən biri tikinti materialları sahəsidir. Holdinqin tərkibinə 2013-cü ildə fəaliyyətə başlamış və hazırda Cənubi Qafqazın ən böyük sement istehsalçısı olan "Norm" sement zavodu daxildir. Beynəlxalq səviyyəli, güclü idarəetmə komandasına malik olaraq, "NEQSOL Holding" Mərkəzi və Şərqi Avropada sement istehsalı səhəsində aparıcı oyunçu olmaq strategiyasını həyata keçirir.
Beynəlxalq strateji investor olaraq "NEQSOL Holding" Ukraynada investisiya portfelinin genişlənməsində, xüsusən də tikinti materialları bazarına daxil olmasında maraqlı olduğunu bildirib.
Şirkətlər qrupu bildirir ki, hazırda holdinq və Ukraynanın ən böyük sement istehsalçı olan "İvano-Frankovsksement" Özəl Səhmdar Cəmiyyətinin (ÖSC) səhmdarları danışıqların son mərhələsindədir. 18 oktyabr tarixində "NEQSOL Holding" ÖSC-nin səhm paketini almaq üçün Ukraynanın Antiinhisar Komitəsinə (AMKU) müraciət edib.
Ukraynada əqdin maliyyələşdirilməsi aparıcı beynəlxalq maliyyə institutları və bankları tərəfindən təmin olunması planlaşdırılır. Danışıqlar davam etdiyinə görə, əqdin kommersiya şərtləri açıqlanmır.
"NEQSOL Holding" yeni əqdin AMKU tərəfindən təsdiqlənməsinə ümid edir. Holdinq, Avropanın ən müasir yüksək texnoloji və iqtisadi cəhətdən səmərəli sement istehsalı müəssisələrindən birini yaratmış İvano-Frankovsksement şirkətinin rəhbərliyinin və işçilərinin nail olduqları uzunmüddətli üstün nəticələri yüksək qiymətləndirir.
2019-cu ildə "NEQSOL Holding" Ukraynanın ən böyük telekommunikasiya operatorlarından biri olan "Vodafone Ukrayna" şirkətini alıb. 2021-ci ilin əvvəlində "NEQSOL Holding"in Kiyevdə regional ofisi açılmışdır.
Qeyd edək ki, "NEQSOL Holding" Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, BƏƏ və digər ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrdə fəaliyyət göstərən çoxşaxəli şirkətlər qrupudur. Holdinq, bir çoxu öz sahələrində iyirmi ildən çox təcrübəyə malik və bazar liderləri olan 30-dan çox törəmə şirkətlərini birləşdirir.
"NEQSOL Holding"in tərkibində "Nobel Oil Services", "Nobel Upstream", "Bakcell", "Vodafone Ukraine" və Cənubi Qafqazın ən böyük sement istehsalçısı olan Norm şirkətləri fəaliyyət göstərir. Holdinq, yeni coğrafi və biznes sahələrinə daxil olmaqla yanaşı biznes fəaliyyətini genişləndirmək üçün davamlı olaraq şirkətlər arasında böyüməni və sinerjini gücləndirməyi hədəfləyir. Bu, Avropanı Mərkəzi və Cənubi Asiyaya birləşdirən ən qısa müasir tranzit fiber-optik infrastruktur şəbəkəsini inkişaf etdirməyi hədəfləyən Rəqəmsal İpək Yolu kimi layihələr vasitəsilə əldə ediləcək.
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 14 saat sonra
-
-
8 saat əvvəl
Hökumətdə iclas keçirilib, sahibkarların qaldırdığı məsələlər müzakirə olunub, qərarlar qəbul olunub
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər
-
9 saat əvvəl
Dağıstandakı “Ozon” logistika mərkəzi “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq
- 9 saat əvvəl
-
10 saat əvvəl
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
-
10 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABB-dən 100 milyon manatlıq istiqraz
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
Ən çox oxunanlar
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Uzbekneftegaz" və SOCAR Buxara neft emalı zavodunun modernləşdirilməsini müzakirə edib
Dünya İqtisadi Forumunun prezidenti istefa verib
Jeep istehsalçısı böyük məbləğdə zərər açıqladı
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb






















