Dövlət Neft Fondu gəlir və xərclərinə dair məlumat yaydı - AKTİVLƏRİ ARTIB
Yanvar-sentyabr ayları üzrə rəqəmlər2021-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF büdcə gəlirləri 10 milyard 444,5 milyon manat, büdcə xərcləri isə 7 milyard 328,2 milyon manat təşkil etdib.
Marja Fondun yaydığı məlumata istinadən xəbər verir ki, 2021-ci ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 8 milyard 178,2 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7 milyard 384,4 milyon manat, bonus ödənişləri 772 milyon manat, tranzit gəlirləri 16,5 milyon manat, akrhesabı ödənişlər 5,3 milyon manat təşkil etmişdir.
Hesabat dövrü ərzində ARDNF-nin vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 2 milyard 266,3 milyon manata bərabər olmuşdur.
Cari ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin 2021-ci il büdcəsinin icrası çərçivəsində 7 milyard 309,7 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir.
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 3,4 milyon manat yönəldilmişdir. 2021-ci ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 15,1 milyon manat təşkil etmişdir.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərcləri 1 milyard 990,6 milyon manat təşkil etmişdir.
2021-ci il sentyabr ayının 30-na ARDNF-nin aktivləri 2021-ci ilin əvvəlinə (43 milyard 564,3 milyon ABŞ dolları) nisbətən 1.52% və ya 662,1 milyon ABŞ dolları artaraq 44 milyard 226,4 milyon ABŞ dolları təşkil etmişdir.
"Aktivlərin artımı ARDNF-nin büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olmuşdur. Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınmışdır",- məlumatda bildirilir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz






















