Ekspertlər Rublun güclənəcəyini gözləyirlər - MƏZƏNNƏ 70-DƏN XEYLİ AŞAĞI DÜŞƏCƏK"
ABŞ dollarının 70 rubldan aşağı düşəcəyini gözləyirlərCümə günü Rusiya Mərkəzi Bankının iclasında pul siyasətini növbəti sərtləşdirməsi (faiz artırılıb) rublun möhkəmlənməsinə təkan verib.
Marja xəbər verir ki, bunu TASS-a müsahibə verən ekspertlər deyirlər.
Onların hesablamalarına görə, yaxın həftələrdə Rusiyanın milli valyutasının dollar ilə məzənnəsi 69 rublu aşağıya doğru keçirməyə çalışacaq. Bəziləri Dollar/Rubl məzənnəsinin 65 rubla doğru hərəkətini istisna etmir.
Rusiya Mərkəzi Bankı əsas faiz dərəcəsini ardıcıl altıncı dəfə artırıb. Bank Cümə günü iclasında faizi 0,75 bənd artıraraq illik 7,5%-ə çatdırıb. Buna səbəb Mərkəzi Bankın proqnozundan xeyli yüksək olan inflyasiyanın dinamikası olub.
Rubl Mərkəzi Bankın qərarına əsas valyutalar qarşısında möhkəmlənərək reaksiya verib. Belə ki, tənzimləyicinin press-relizinin dərcindən sonra, cümə günü dolların rubla nisbətdə məzənnəsi 70 dollardan aşağı düşərək 69,82 rubla, avro isə 81,28 rubla düşüb.
Rublun möhkəmlənməsinə təzyiq edən digər faktor neftin bahalaşmasıdır.
Mütəxəssislərin fikrincə, faizin artırılması rubla müsbət təsir göstərəcək, onlar istisna etmirlər ki, dünya Mərkəzi Bankları tərəfindən pul siyasətinin normallaşması ərəfəsində, rubl, inkişaf etməkdə olan ölkələrin valyutaları arasında ən sabit valyutalardan birinə çevriləcək.
Qeyd edək ki, ABŞ Mərkəzi Bankının (Fed) istiqrazların alınması proqramını azaltmağa hazırlaşır.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 23 saat əvvəl
-
- 23 saat əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























