Bu işdən yaxşı gəlir əldə edir
Naxçıvan Muxtar respublikasının Babək rayonunda mövcud olan tingçilik təsərrüfatlarından biri də Qaraqala kəndində yaşayan fiziki şəxs Faiq Bayramova aiddir.
Artıq 3 ildir ki, bu sahə ilə məşğul olan torpaq mülkiyyətçisi muxtar respublikanın Sahibkarlığa Kömək Fondundan 30 min manat kredit götürərək geniş tingçilik təsərrüfatı yaradıb. İcarəyə götürdüyü 5 hektarlıq ərazidə müxtəlif növ meyvə tingləri yetişdirən sahibkar bu işdən yaxşı gəlir əldə edir.
Faiq Bayramovun sözlərinə görə, ötən il 18 minə yaxın ting satılıb və onların qiyməti növlərindən asılı olaraq 3-5 manat arasında dəyişir.
Bu təsərrüfatın yaradılması muxtar respublikada aparılan yaşıllaşdırma tədbirlərinə töhfə verməklə yanaşı, xaricdən Naxçıvana ting idxalını da azaldıb. Bağda alma, ərik, gilas, badam, armud, şaftalı, göycə və digər meyvə tingləri olmaqla, 60-a yaxın meyvə tingi, o cümlədən Abutalıbı əriyi, Əndəmic və Bənəniyar heyvası, Kükü alması, Naxçıvan göycəsi, eləcə də digər məşhur yerli sortlar yetişdirilir. Həmçinin sahibkar qonşu Türkiyə və İrandan da meyvə tingləri gətirib, yerli torpaq-iqlim şəraitinə uyğunlaşdıraraq çoxaldıb.
F.Bayramov böyük ərazidə saldığı üzüm bağında da Naxçıvanın məşhur üzüm sortlarını yetişdirir. Bağın suvarılması üçün heç bir çətinlik yoxdur. Heydər Əliyev Su Anbarının sol sahil kanalı təsərrüfatın yaxınlığında yerləşdiyi üçün suvarma da vaxtında və mütəşəkkilliklə aparılır.
Müsahibimiz bizi yeni saldığı cəviz bağı ilə də tanış etdi. Burada “İsrail sortu” adı ilə tanınan cəviz tingləri salınıb. Həmin sortlar məhsuldarlıq baxımından olduqca əlverişli hesab edilir. Belə ki, əgər yerli cəviz sortları 6-7 ilə məhsul verirsə, yeni salınan tinglər 2-3 ildən sonra bara dolur. Bu barədə danışan F.Bayramov deyir ki, iqtisadi baxımdan olduqca səmərəli olan cəvizə muxtar respublikanın dağ kəndlərində əsl ruzi mənbəyi kimi baxırlar. Sevindirici haldır ki, dövlət tərəfindən bu bağların salınmasına lazımi miqdarda vəsait ayrılır.
Göründüyü kimi, əlverişli sahibkarlıq mühitindən yararlanan hər kəs, sözün həqiqi mənasında, sahibkar adını qazana bilər. Bir də zəhmət bataqlıqda gül də bitirər, – deyiblər. İllər öncə bir parça çörək üçün yaxın-uzaq ellərə üz tutanlar bu gün torpağının qədir-qiymətini bilərək onun həqiqi sahiblərinə çevriliblər.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
2 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
-
4 saat əvvəl
"Xoşbəxtlikdən Azərbaycanın hava şirkəti bundan əziyyət çəkmir"
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Nazirlərə Qarabağda meşələrin salınması sahəsində çalışmaq tapşırığını verdik" - BƏYANATLAR
-
4 saat əvvəl
Lombardlara nəzarət gücləndiriləcək - Yeni qanun gəlir, onların üzərinə əlavə tələblər qoyacaq
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Bir” ekosisteminə daxil olan "Birmarket" və “Pasha Pay”ə investisiyalarımız davam edir"
-
6 saat əvvəl
Mərkəzi Bank: Növbəti dəstək tədbirləri ilə lizinq sahəsinin inkişafını hədəfləyirik
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"Xoşbəxtlikdən Azərbaycanın hava şirkəti bundan əziyyət çəkmir"
"Nazirlərə Qarabağda meşələrin salınması sahəsində çalışmaq tapşırığını verdik" - BƏYANATLAR
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
“Bir” ekosisteminə daxil olan "Birmarket" və “Pasha Pay”ə investisiyalarımız davam edir"
Ən çox oxunanlar
Mərkəzi Bank: Növbəti dəstək tədbirləri ilə lizinq sahəsinin inkişafını hədəfləyirik
Azərbaycan qanunvericiliyindən "lizinq" anlayışı çıxarılır
Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv edilib
Cəbrayılda Şəfəq layihəsi çərçivəsində ilk günəş paneli quraşdırılıb
"Latviya Azərbaycanı strateji tərəfdaş və dost hesab edir"
Azərbaycan-Latviya sənədləri mübadilə edilib




.jpg)











.jpg)






