Azərbaycan şirkətindən ən böyük musiqi holdinqinə qarşı çoxmilyonluq iddia!
Azərbaycanın "Omnikomo Music Group" (Omnikomo) şirkəti dünyanın ən böyük musiqi holdinqi olan "Universal Music Group"a (UMG) qarşı iddia qaldırıb.
25 milyon dollarlıq iddia Böyük Britaniya məhkəməsində irəli sürülüb.
"Omnikomo"nun göstərdiyi faktlar əsasında məlum olur ki, şirkət 2012-ci ildə "Universal Music Group" şirkətinin məhsullarının Azərbaycan və Gürcüstan ərazisində istənilən daşıyıcılarda yayılması və səsləndirilməsi üzrə eksklüziv lisenziya əldə edib. Bu hüquq UMG-nin törəməsi olan Rusiyanın "Yuniversal Myuzik" ASC şirkətindən lisenziya sazişi əsasında əldə edilib. 2013-cü ilin sonunda isə UMG rəhbərliyi Rusiya şirkəti tərəfindən sazişin bəzi bəndlərinin yerinə yetirilmədiyini görüb, ana şirkət - "Universal Music Group Recording Services Inc" adından "Omnikomo" ilə yeni lisenziya müqaviləsi imzalamaq qərarına gəlib.
Göstərilmiş faktlardan məlum olur ki, UMG "Apple" və "Google" kimi qlobal oyunçularla bağlanılan müqavilələrdən əldə olunan gəlirləri qəsdən Azərbaycan şirkətindən gizlədir və Azərbaycan tərəfinə bu günə qədər həmin gəlirlər üzrə vaxtında audit aparmaq imkanı vermir.
Bundan əlavə, UMG-nin yüksək vəzifəli əməkdaşları qanunsuz və şəxsi zənginləşmələri üçün ödəmələrin bir hissəsinin şəxsi hesablarına köçürülməsini tələb edib. "Omnikomo" UMG-nin rəhbəri Ceff Harlestona şirkət işçilərinin əməlləri barədə məlumat verdikdən sonra isə o, araşdırma aparıb, təqsirkarları müəyyənləşdirib cəzalandırmaq əvəzinə, əməkdaşlarının addımlarının yayılmaması və bu təkliflərin sənədli sübutlarının məhv edilməsi qarşılığında pul təklif edib.
İki şirkət arasındakı müqavilə şərtlərinin ətraflı öyrənilməsi üçün "Omnikomo" beynəlxalq məsləhətçilər cəlb edib. Onların yekun rəyi isə UMG-nin şirkətin tərəfdaşlarına satdığı kataloqa görə pay hüququna malik olmadığını göstərib.
"Bu, yalnız UMG ilə "Omnikomo" arasındakı münasibətlərə yox, şirkətin dünya üzrə tərəfdaşları ilə anlaşmalarına kölgə salır. Kataloqlara görə hüquqlarının olmasına dair sənəd istəyəndə UMG-nin hüquqşünasları dərhal bundan imtina edir. Bundan başqa, müqaviləni UMG adından belə müqavilələr imzalamaq səlahiyyətinə malik olmayan şəxs imzalayıb", - "Omnikomo"nun vəkillər bildiriblər.
Araşdırılan materiallar əsasında "Omnikomo" rəhbərliyi məhkəməyə iddia ərizəsi ilə müraciət etmək qərarına gəlib. Müqavilənin birbaşa Azərbaycan və ABŞ şirkətləri arasında imzalanmasına baxmayaraq, razılaşmaya əsasən, mübahisələrin həlli üçün İngiltərə məhkəməsi seçilib.
"Omnikomo"nun maraqlarını vəkil Laura Arnold, UMG-ni isə vəkil Ransom Rollin təmsil edir.
Həmçinin, "Omnikomo" tərəfdaşlarını və bütün maraqlı tərəfləri işi diqqətdə saxlamağa, bütün məsələlərlə bağlı [email protected] elektron poçtuna müraciət etməyə çağırıb.
Qeyd edək ki, "Omnikomo Music Group" 2012-ci ildə yaradılıb və "Universal Music Group" şirkətinin məhsullarının Azərbaycan və Gürcüstan ərazisində istənilən daşıyıcılarda yayılması və səsləndirilməsi üzrə eksklüziv lisenziya əldə edib. Şirkət kontentin qanunsuz yayılmasının qarşısının alınması məqsədilə həm Azərbaycanda, həm də Gürcüstanda mobil operatorlar, reklam agentlikləri, TV və radio kanallarla əməkdaşlıq edir.
"Universal Music Group" dünyanın ən böyük biznes şirkəti, mediaholdinqidir. Səsyazısı üzrə ticarət markaları arasında ən nüfuzlusu olan şirkət Fransanın "Vivendi SA" mediakonqlomeratına daxildir.
© Report
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
- 25 d. əvvəl
-
- 31 d. əvvəl
-
43 d. əvvəl
“AZƏRMAŞ GROUP”un istiqrazlarına 106 investordan sifariş - tam yerləşdirilib
-
1 saat əvvəl
Daha 10 şirkət “Startap” şəhadətnaməsi aldı - ADLARI, 3 İL VERGİDƏN AZADDIRLAR
-
1 saat əvvəl
Dövlət şirkətinin dollar istiqrazları üçün “Açılış Zəngi” mərasimi keçirilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Nazirə yeni müşavir təyin edilib
İyunun 9-da gözlənilən hava şəraiti
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ən çox oxunanlar
Təbriz küçəsi də yenilənir
Expressbank Mingəçevirdə təmizlik aksiyası keçirib
Hörmüzdən sonra indi də Qırmızı dəniz böhranı
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına 100% əməl edə bilməyib
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İlk 5 ayda dövlət büdcəsinin gəlirləri 16,4 milyard manata çataraq proqnozu üstələyib, 3 milyard manata yaxın artıqlıq yaranıb
















.jpg)





