CV yarat platforması ilə ilk 5 gündə 1 000-dən çox istifadəçi öz CV-sini yaradıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən rəqəmsal məşğulluğa keçid istiqamətində növbəti addım olaraq CV yarat platforması istifadəyə verilib.
Agetliyin yaydığı məlumatda bildirilir ki, artıq ilk 5 gün ərzində sistemə 7829 nəfər daxil olub, 1 604 nəfər CV tərtib edib, 1 029 nəfər isə öz CV-sini PDF formatında endirib.
Platformadan istifadə bütün hədəf qrupları üçün nəzərdə tutulub. Məqsəd CV hazırlığında əlçatanlığın təmin olunması, daxil edilən məlumatların dolğun və düzgün olmasını təmin etmək və nəticədə işsiz və işaxtaran şəxslərin işəqəbul prosesinə dəstək olmaqdır.
İstifadəçilər www.cvyarat.az portalında qeydiyyatdan keçərək, anket formasında şəxsi məlumatları, təhsil barədə məlumatları, iş təcrübəsini və peşəkar CV üçün önəmli digər məlumatları dolduraraq CV-ni PDF formatında əldə edə bilirlər.
Anket formasının hər addımında CV-ni maksimum cəlbedici etmək, istifadəçinin bilik, bacarıq və təcrübəsini, peşəkar həyatında olan uğurları və güclü tərəflərini düzgün nümayiş etdirmək üçün məsləhətlər verilir.
CV yarat sistemi ölkədə tərcümeyi hallara vahid yanaşma gətirəcək. Növbəti addım olaraq CV məlumatlarının əksəriyyəti dövlət informasiya ehtiyatlarından əldə olunacaq və CV-də “İşarələnmiş məlumatların doğruluğu Dövlət Məşğulluq Agentliyi tərəfindən təsdiqlənmişdir” ifadəsi qeyd ediləcək. Bu da işəgötürənin məlumatlara etimad göstərməsinə səbəb olacaq.
Həmçinin, gələcəkdə sistem ölkənin vakansiya bankını emal edərək CV tərtib edən şəxsə ən uyğun vakansiyaları avtomatik olaraq təqdim edəcək.
Platformadan istifadə ödənişsizdir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 9 saat sonra
-
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb




















