“Aksiz dərəcəsi və rüsumlarla avtomobil parkının yenilənməsinin təşviq edilməsi vacibdir”
“Azərbaycanda avtomobil parkının köhnəlməsi müşahidə olunur, bununla bağlı bizə şikayətlər də daxil olur”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili komitənin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı bildirib.
Parlamentin komitə sədri deyib ki, bəzi ölkələrdən qəzaya uğramış, yenidən təmir edilmiş, köhnəlmiş avtomobillərin Azərbaycana gətirilməsi ilə bağlı mətbuatda da məlumatlar var: “Bu problemin aradan qaldırılması üçün fikrimizcə yeni addımların atılmasına ehtiyac var. Bunun üçün aksiz dərəcəsi və rüsumlar ölkəyə məhz yeni avtomobillərin gətirilməsini, avtomobil parkının yenilənməsini təşviq etməsi vacibdir. Yəni köhnə maşınlar üçün aksiz dərəcəsi və rüsumlar qaldırılmalı, yeni maşınlar üçün aksiz dərəcəsi və rüsumlar isə aşağı salınmalıdır”.
T. Mirkişili qeyd edib ki, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, idxal olunan minik avtomobillərin istehsal tarixi 7 ildən artıq olduqda, hesablanmış aksiz məbləğinə benzin mühərrikli minik avtomobillərdə 1,2, dizel mühərrikli minik avtomobillərdə isə 1,5 yüksəldici əmsalı tətbiq ediləcək: "Bunu təqdir edirik. Bu istiqamətdə işlər davam etdirilməli, gələcəkdə də aksiz dərəcəsi və rüsumlarla avtomobil parkının yenilənməsini təşviq etməliyik. Parkın yeni olması ölkəmizin də inkişaf səviyyəsinə uyğun gələcəkdir”.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
Birmarket-in böyük lotereyası yekunlaşdı: Sea Breeze-dən mənzil və Avatr 07 Pro avtomobil sahiblərini tapdı
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 17 d. əvvəl
- 50 d. əvvəl
- 53 d. əvvəl
-
1 saat əvvəl
Xırdalanda anbarda, Bakıda obyektdə yanğın baş verib - VİDEO
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
168 milyon manatdan çox mayası olan olan şirkətin nizamnamə kapitalı azaldılıb
- 3 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
2 BOKT-ın vəzifəli şəxsi cərimələnib
Birmarket-in böyük lotereyası yekunlaşdı: Sea Breeze-dən mənzil və Avatr 07 Pro avtomobil sahiblərini tapdı
Rəsmi məzənnələr açıqlandı
Şirkət yeni soyuducu anbarın tikintisinə başlayıb
Ən çox oxunanlar
Etimad, peşəkarlıq və davamlı inkişaf!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu










.jpg)








