Qlobal qida qiymətləri rekord səviyyəyə yaxınlaşdı - taxıl və maye yağlar kəskin bahalaşıb
Birləşmiş Millətlər Təşkilatının qida qiymətləri indeksi Oktyabr ayında 133,2-yə yüksələrək 2011-ci ildəki rekord səviyyəsinə yaxınlaşıb. Qlobal qida xərclərindəki artım ilə inflyasiya təzyiqləri də artırır.
Qlobal qida qiymətləri keçən ay rekord səviyyəyə doğru yüksəlməyə davam edib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfartı Təşkilatının (FAO) buğdadan tərəvəzə qədər qidaları izləyən qida indeksi Oktyabr ayında 3% artaraq on ilin ən yüksək səviyyəsinə yaxınlaşıb. Bu yüksəlişin inflyasiya təzyiqlərini, mərkəzi bankların inflyasiya narahatlıqlarını və qlobal aclıq böhranını daha da artıracağı gözlənilir.
Bu il bütün dünyada mənfi hava şərtləri əkinçilik məhsullarına zərər verib, xərc artımı və məşğulluq çətinlikləri tarladan marketlərə qədər qida tədarük zəncirinin pozulmasına səbəb olub. Enerji böhranı da xərcləri artıraraq əkinçilikdə çətinliklərə gətirib çıxarıb.
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfartı Təşkilatının (FAO) hesabatında, Oktyabr ayında ən böyük qiymət artımlarının taxıl və maye yağlarda baş verdiyi qeyd edilib.
FAO-nun iqtisadçısı Abdulreza Abbasian bəzi ət və şəkər kimi qida qiymətlərinin dayanıldığına dair siqnallar olduğunu bildirib. Abbasian gübrə qiymətlərindəki artımın gələn ilki istehsal üçün də narahatlıq qaynağı olduğunu deyib.
Həmçinin oxu
Rusiya gübrə ixracını məhdudlaşdırır
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

"Prime Cotton" beynəlxalq uğurlarını artırır - İpliklərinin tam təhlükəsiz olduğu nüfuzlu sertifikat ilə təsdiqləndi
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 gün sonra
- 9 saat əvvəl
-
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Maliyyə sabitliyinin sirləri: Niyə insanlar pula qənaət edə bilmir?
-
11 saat əvvəl
Bankalar Bitcoin üçün il sonu qiymət proqnozlarını artırıblar
-
12 saat əvvəl
Azərbaycan Kredit Bürosunun Baş Direktoru Assosiasiya sədri seçilib
- 12 saat əvvəl
-
12 saat əvvəl
“Azər-Türk Bank” səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Azercell Amazon ilə tərəfdaşlıq qurur

AFB Bank 13% gəlirlilik təklif edən istiqrazlar təqdim edir

Maliyyə sabitliyinin sirləri: Niyə insanlar pula qənaət edə bilmir?

Azərbaycan Kredit Bürosunun Baş Direktoru Assosiasiya sədri seçilib

"Prime Cotton" beynəlxalq uğurlarını artırır - İpliklərinin tam təhlükəsiz olduğu nüfuzlu sertifikat ilə təsdiqləndi
Ən çox oxunanlar

Bu gün "Ucuz Tesla” modeli təqdim olunacaq

Toyota yüz minlərlə avtomobili geri çağırır: Kamerasında texniki nasazlıq aşkarlanıb

BOKT “Caspian İnvest” 11-ci filialını Qazaxda açdı

Əliyev Putinə zəng edib

Bankın Nəzarət şöbəsinə mütəxəssislər tələb olunur
