Azercell Müştəri Xidmətləri artıq Instagram-ın şəxsi mesaj bölümündə!
(®) Müştərilərini hər zaman diqqət mərkəzində saxlayan “Azercell Telekom” MMC rəqəmsal kanallar vasitəsilə göstərdiyi xidmətlərin çeşidini genişləndirir.
Abunəçilərinin müraciətlərini daha da operativ şəkildə cavablandırmağı hədəfləyən Azercell artıq Instagram sosial şəbəkəsinin şəxsi mesajlaşma bölməsi vasitəsilə də müştərilərinə xidmət göstərir. Qeyd edək ki, şirkət iki il öncə Facebook platformasında da bu funksiyanı işə salıb.
Statistika sübut edir ki, sosial şəbəkələr Azercell müştəri xidmətlərinin mühüm tərkib hissəsinə çevrilməkdədir. Bu ilin əvvəlindən indiyədək təkcə Facebook-da Azercell təmsilçiləri 213 mindən çox abunəçinin müraciətini cavablandırıblar. Instagram-da isə bu rəqəm 70 minə yaxınlaşır. Digər populyar şəbəkə - Twitter-də bu il ərzində şirkətin müştəri xidmətlərinə sorğu göndərənlərin sayı 3500-ə yaxındır. Azercell-in nümayəndələri şirkətin rəsmi YouTube kanalında da 300-ə yaxın müraciəti qəbul ediblər. Linkedin üzərindən isə bu müddət ərzində 126 Azercell abunəçisinin sorğusu daxil olub.
Azercell-in Facebook, Instagram, Twitter, Linkedin və YouTube rəsmi səhifələri daxil olmaqla sosial şəbəkələrdə toplam 784,678 istifadəçisi var. Xatırladaq ki, məhz Azercell 2012-ci ildə Twitter platformasının, 2013-cü ildə Facebook sosial şəbəkəsinin təsdiqlənmiş (verified) statusunu qazanan ilk mobil operator olub. Fəaliyyətini uğurla davam etdirən lider mobil operator 2019-cu ildə Instagram-ın bütün verifikasiya meyarlarına cavab verərək səhifənin təsdiq nişanını alıb.
Bu səhfələrdən istifadə edən Azercell abunəçilərinə 24/7 rejimində yüksək keyfiyyətli xidmət təqdim olunur. Eyni zamanda, sosial şəbəkə hesablarında Azercell-in tətbiq etdiyi yeniliklər, tarif və kampaniyalar, keçirilən sosial layihələr və xidmətlər haqqında ən son xəbərlər paylaşılır.
Azercell-də baş verən ən son yenilikləri qaçırmamaq üçün bizi sosial şəbəkələr üzərindən izləməyi unutmayın!
Facebook: https://www.facebook.com/azercell
Instagram: https://www.instagram.com/azercell/
Twitter: https://twitter.com/Azercell
Linkedin: https://www.linkedin.com/company/azercell/mycompany/
Müştərilərin xəbərləri
Birmarket-in böyük lotereyası yekunlaşdı: Sea Breeze-dən mənzil və Avatr 07 Pro avtomobil sahiblərini tapdı
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 22 d. əvvəl
- 55 d. əvvəl
- 58 d. əvvəl
-
1 saat əvvəl
Xırdalanda anbarda, Bakıda obyektdə yanğın baş verib - VİDEO
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
168 milyon manatdan çox mayası olan olan şirkətin nizamnamə kapitalı azaldılıb
- 3 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
2 BOKT-ın vəzifəli şəxsi cərimələnib
Birmarket-in böyük lotereyası yekunlaşdı: Sea Breeze-dən mənzil və Avatr 07 Pro avtomobil sahiblərini tapdı
Rəsmi məzənnələr açıqlandı
Şirkət yeni soyuducu anbarın tikintisinə başlayıb
Ən çox oxunanlar
Etimad, peşəkarlıq və davamlı inkişaf!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu







.jpg)










