Azərbaycanda 20 bankın öhdəlikləri artıb
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 6-nın bu il oktyabrın 1-nə öhdəlikləri illik müqayisədə az olub.
Bunlar “Premium Bank”, “Xalq Bank”, “Azərbaycan Sənaye Bankı” və “AFB Bank” ASC-lər, İran və Pakistan Milli Banklarının Bakı filiallarıdır.
Ən çox azalma Pakistan bankında (85,7%), ən az azalma isə İran bankında (1,2%) qeydə alınıb.
Qalan 20 bankın isə öhdəlikləri artıb. Ən yüksək dinamika “Naxçıvan Bank” ASC-də (45,1%), ən aşağı dinamika isə “Yapı Kredi Bank Azərbaycan” QSC-də (1,9%) qeydə alınıb.
5 bankın öhdəlikləri 1 milyard manatdan çoxdur
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin bu il oktyabrın 1-nə öhdəlikləri 1 milyard manatdan çox olub.
Bunlar “Azərbaycan Beynəlxalq Bankı” (8 020,674 milyon manat), “PAŞA Bank” (5 milyard 508 milyon 536 min manat), “Kapital Bank” (5 milyard 315, milyon 888 min manat), “Xalq Bank” (1 milyard 776 milyon 42 min manat) və “Bank Respublika” (1 milyard 99 milyon 847 min manat) ASC-lərdir.
Qalan 21 bankdan 18-də öhdəliklər 100 milyon manatdan 1 milyard manata qədər, 2 bankda 10-100 milyon manat arasında, 1 bankda isə 10 milyon manatdan azdır.
Telegramda Marja.az səhifəsinə abunə olun
“Renkinq”
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 3 gün sonra
-
-
14 d. əvvəl
“Dəli-Dolu Təkliflər” ilə Baku Electronics-də alış-verişin həyəcanlı 4 günü başlayır!
- 20 d. əvvəl
- 34 d. əvvəl
- 48 d. əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Gobustone" məhsullarının istehsalçısının kapitalı kəskin azaldılıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Bakının daşınmaz əmlak bazarı sürətli qiymət artımı mərhələsindən çıxaraq daha sabit fazaya keçib - PALATA
Azercell “GiqaAddım” ilə addımları internetə çevirir!
"Gobustone" məhsullarının istehsalçısının kapitalı kəskin azaldılıb
Ən çox oxunanlar
“NORM”da iclas keçiriləcək
Shell-in mənfəəti müharibə ilə yüksəlib
Uzunluğu 850 metr, hündürlüyü 53 metr olacaq - İnşasına başlanılıb
Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 877 mini aşıb
Azərkosmos: Azerspace-3 layihəsi üzrə maliyyə institutları ilə danışıqlar davam edir






.jpg)
.jpg)







.jpg)





