Bayden Noyabrın 25-nə qədər FED sədri vəzifəsinə namizədi elan edəcək - Ağ Ev
ABŞ prezidenti Co Bayden noyabrın 25-dək ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) sədri vəzifəsinə kimin namizəd olacağına qərar verəcək.
Marja xəbər verir ki, bunu çərşənbə günü Ağ Evin mətbuat katibinin müavini Kris Meqer Amerika liderinin Miçiqan ştatına uçan təyyarəsində keçirdiyi mətbuat brifinqində deyib.
"Prezident çox güman ki, Şükran Gününə qədər qərar verəcək (bu il noyabrın 25-nə təsadüf edir) və o, iqtisadi məsələlərə cavabdeh olan yüksək rütbəli komandası ilə bunu müzakirə etməyə davam edir" deyib.
Meqer qeyd edib ki, o, bu qərarın qəbulu prosesinin rəsmi şəkildə elan olunmayana qədər heç bir əlavə təfərrüata aydınlıq gətirməyəcək.
Avqust ayında Bloomberg xəbər vermişdi ki, ABŞ-ın maliyyə naziri Janet Yellen Fed-in sədri kimi Cerom Pauellin ikinci müddətinə dəstək üçün çıxış edib.
Amerika liderinin irəli sürdüyü namizədi ABŞ Konqresinin Senatı təsdiqləməlidir.
Pauel 2018-ci ilin fevralından FED-in rəhbəridir. Onun ilk dörd illik səlahiyyət müddəti 2022-ci ilin fevralında başa çatır. O, bu posta namizəd kimi ABŞ-ın əvvəlki prezidenti Donald Tramp tərəfindən irəli sürülüb. Respublikaçı sonralar tez-tez Paueli tənqid edirdi.
Yellen iyul ayında demişdi ki, o, Baydenlə Paueli ikinci müddətə təsdiqləmək imkanını müzakirə etmək niyyətindədir. Sonra o qeyd etdi ki, Fed "son aylarda yaxşı iş görüb".
ABŞ Prezidentinin Fed sədri vəzifəsinə Fed-in Çikaqo şöbəsinin sədri Lael Brainard-ı nəzrədə tutduğu barədə xəbərlər yayılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 3 d. əvvəl
- 6 d. əvvəl
- 8 d. əvvəl
- 9 d. əvvəl
- 12 d. əvvəl
- 13 d. əvvəl
- 12 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Ən çox oxunanlar
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu












.jpg)






