Geosiyasi gərginlik Rublu zəiflədə bilər
Geosiyasi gərginlik Dollar/rubl məzənnəsinin 77 rubla qədər yüksəlməsinə səbəb ola bilər. Marja.az xəbər verir ki, bunu TASS-a müsahibə verən ekspertlər bildiriblər.
Bazar ertəsi dolların rubla nisbətdə məzənnəsi 2021-ci ilin iyulundan bu yana maksimum səviyyəyə çatıb. Gün ərzində dolların rubla nisbətdə məzənnəsi təxminən 1,36% artıb və Moskva vaxtı ilə saat 16:30-a 74,8 rubl civarında əməliyyat edilib.
Ekspertlər rublun hazırkı zəifləməsinin səbəbləri arasında geosiyasi gərginliyi ən mühüm amil hesab edirlər, o cümlədən Ukraynadakı gərginlik, Belarusdakı miqrasiya böhranı, həmçinin Qarabağ münaqişəsi.
"Xarici siyasət fonunun daha da pisləşməsi, şübhəsiz ki, Dollar/rubl məzənnəsini 75-77 rubl səviyyəsinə və daha yüksəklərə qaldıra bilər", - "BCS World of Investments"in investisiya strateqi Alexander Baxtin bildirib.
“Loko-Invest” də qeyd edir ki, geosiyasi gərginlik səbəbindən rubl dollar qarşısında 75-77 rubla qədər zəifləyə bilər.
“Hər şey potensial təhlükələrin nə qədər geniş miqyaslı nəticələrindən asılı olacaq. Hələlik yaxın gələcəkdə geosiyasi vəziyyətin daha da pisləşəcəyinə inanmaq üçün heç bir əsas yoxdur”, - Baxtin əlavə edib.
“Freedom Finance” isə rublun növbəti ayda (təxminən 17 dekabr 2021-ci il tarixində Mərkəzi Bankın iclasının keçiriləcəyi tarixə qədər) 67-79 rubl səviyyəsində möhkəmlənməsini gözləyir.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 44 d. əvvəl
-
49 d. əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti














.jpg)









