ABŞ-dan nefti ucuzlaşdırmaq üçün hücum - EHTİYATLARINDAN 50 MİLYON BAREL SATIR
ABŞ yanacaq qiymətlərini aşağı salmaq üçün strateji neft ehtiyatlarından 50 milyon barelini istifadə edəcək.
Marja xəbər verir ki, ABŞ-ın anbarlarda təxminən 600 milyon barellik neft ehtiyatı var.
Çin, Yaponiya, Hindistan, Cənubi Koreya və Böyük Britaniyanın da ABŞ ilə koordinasiyalı hərəkət edərək milli ehtiyatlarından neft satacaqları gözlənilir. Dövlətlərin ehtiyatlartdan birlikdə 100 milyon barel nefti bazara verəcəkləri nəzərdə tutulur.
ABŞ-ın strateji ehtiyatlarından 50 milyon barellik satış qərarından sonra neft qiymətləri düşməyə başlayıb. Bakı vaxtı ilə saat 16:20-də Brent nefti 0,8% ucuzlaşma ilə 79,03 dollardan ticarət olunub.
ABŞ-ın bu qərarı OPEC+ ölkələrinin istehsalı artırmağı rədd etməsinin ardından verilib. Prezident Co Bayden neft qiymətlərindəki artımdan narahat olduğu və qiymətləri aşağı salmaq üçün strateji neft ehtiyatları istifadə etməni qiymətləndirdiyi daha əvvəl gündəmə gəlmişdi.
ABŞ-da Qərb Texas xam neftinin qiyməti 85 dolları aşaraq 7 ilin ən yüksəkl səviyyəsinə çatmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 1 saat əvvəl
-
-
2 saat əvvəl
Azəbaycan Vyetnamın şirkətilə elektrik avtomobillərinin istehsalını müzakirə etdi
-
2 saat əvvəl
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
-
3 saat əvvəl
Sahibkarlar "EY İlin İş Adamı" adı uğrunda yarışacaq - İŞTİRAKÇILARIN ADLARI
- 3 saat əvvəl
-
4 saat əvvəl
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
-
4 saat əvvəl
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
20 bank mənfəət açıqladı - SİYAHI
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Expressbankın depozit portfeli böyüyüb
Ən çox oxunanlar
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
Azərbaycanda Qərb Sənaye Parkı yaradılır - FƏRMAN
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!






















