Birbank Rəqəmsal Mərkəzlərində bank xidmətlərini daha tez və rahat həyata keçirmək olar
(®) Müştərilərə göstərilən xidmətlərinin operativ, çevik və keyfiyyətli həyata keçirilməsinə önəm verən Kapital Bank, bank xidmətlərinin rəqəmsallaşması istiqamətində müştərilərinə daim yeni xidmətlər təqdim edir. Hazırda Bankın əsas prioritetlərdən biri müştərilərin daha çox vaxt sərf etdiyi xidmətlərin, kredit əməliyyatlarının rəqəmsallaşmasıdır.
Təsadüfi deyil ki, cari il ərzində Kapital Bank-da istehlak kreditlərinin və BirKart taksit kartının rəsmiləşdirməsinin 52%-i məhz rəqəmsal kanallar vasitəsilə həyata keçirilib. Bu istiqamətdə fəaliyyətini genişləndirən Kapital Bank əhaliyə Birbank Rəqəmsal Mərkəzlərini təqdim edir. Bu mərkəzlər ənənəvi bank filialları ilə müqayisədə bir sıra üstünlüklərinə görə fərqlənirlər. Əsas üstünlüyü isə müştərilərin bank əməkdaşının iştirakı olmadan, özünəxidmət üsulu ilə bir çox xidmətlərdən yararlana bilməsidir.
Rəqəmsal Mərkəzlərin müştərilər üçün əsas üstünlükləri onlara, nağd pul kreditlərini və BirKart taksit kartını növbə gözləmədən, əlavə sənəd tələbi olmadan rahat şəkildə əldə etmək imkanının yaradılmasıdır. Əlavə olaraq bu mərkəzlərdən istifadə edən müştərilər Bankın standart şərtlərində qeyd olunan tariflər üzrə (kreditlərin komissiyasında, faiz dərəcələrində və s.) bir sıra endirimlər əldə edə bilirlər.
Hazırda Bakı şəhərində 4 ünvanda Birbank Rəqəmsal Mərkəzləri fəaliyyət göstərir: Elmlər Akademiyası (Yasamal rayonu, 556/57-ci məhəllə, H. Cavid prospekti A), Memar Əcəmi (Nəsimi rayonu, Hüseyn Bala Əliyev küçəsi, 80E), Həzi Aslanov (Xətai rayonu, Məhəmməd Hadi küçəsi 73) və İnşaatçılar (Yasamal rayonu, A. M. Şərifzadə küçəsi 162). Gələcəkdə bu mərkəzlərin sayı artırılmaqla yanaşı, təqdim edilən bank xidmətlərinin sayı da artırılacaq.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 104 filialı və 22 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.
Müştərilərin xəbərləri
Azərbaycanın tanınmış şirkəti "SR Construction" fəaliyyətini “SR Development” adı ilə davam etdirəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 21 saat sonra
-
- 2 d. əvvəl
- 3 d. əvvəl
- 5 d. əvvəl
-
15 d. əvvəl
Click to Pay with Visa — Epoint-də onlayn checkout üçün yeni standart
-
27 d. əvvəl
"Azpulmat"da böyük geriləmələr - BOKT kiçilib, gəlirləri və xalis mənfəəti kəskin düşüb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
ABB-nin Gəncə filialı yenilənmiş binasında xidmətə başladı
Azərbaycanın tanınmış şirkəti "SR Construction" fəaliyyətini “SR Development” adı ilə davam etdirəcək
"Azpulmat"da böyük geriləmələr - BOKT kiçilib, gəlirləri və xalis mənfəəti kəskin düşüb
Broyler şirkətinin xalis zərəri təxminən 2 dəfə artıb
Broyler şirkətinin xalis mənfəəti 24% artıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Rəsmi məzənnələr açıqlandı
“CFİ Financial İnvestisiya Şirkəti” daha aktiv fəaliyyətə hazırlaşır
Qızıl ABŞ-ın İrana hücumlarından sonra ucuzlaşıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 18 GÜN
Neft ABŞ-ın yeni hərbi hücumları ilə bahalaşıb













.jpg)






