Bank əmanətçilərinin qazancı açıqlanıb
Banklar əmanət müştərilərinə daha çox faiz məbləği ödəyiblər - 300 milyon manata yaxınAzərbaycandakı banklar cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 2021-ci ilin 10 ayı ərzində (yanvar-oktyabr) 297.2 milyon manatlıq faiz məbləği ödəyiblər.
Marja Mərkəzi Banka istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərlcəri (əmanətçilərə ödənilən faizlər) ötən ilin eyni dövrü ilə müqayisədə 38,9 milyon manat və ya 15% artıb. 2020-cu ilin 10 ayında banklar 258.3 milyon manatlıq depozit faizləri ödəmişdilər.
Banklar 2019-cu il ərzində depozitlər üzrə 372,4 milyon manatlıq, 2020-ci il ərzində isə 312,9 milyon manatlıq faiz ödənişi həyata keçiriblər.
KREDİTLƏRDƏN FAİZ GƏLİRLƏRİ DEPOZİTLƏR ÜRƏ FAİZ XƏRCLƏRİNDƏN 4,7 DƏFƏ ÇOXDUR
2021-ci ilin 10 ayında banklar verilmiş kreditlər üzrə 1 milyard 394.3 milyon manat gəlir əldə ediblər. Kreditlər üzrə faiz gəlirləri 2020-ci ilin 10 ayı ilə müqayisədə 132.8 milyon manat və ya 10,5% artıb. Ötən ilin 10 ayında bankların kreditlər üzrə faiz gəlirləri 1 milyard 261.5 milyon manat təşkil etmişdi.
ƏHALİNİN 8,7 MİLYARD MANAT ƏMANƏTİ VAR
31 Oktyabr 2021-ci il tarixində fiziki şəxslərin banklarda 8 milyard 713.8 milyon manat əmanəti olub. Bu əmanətlərin 5 milyard 260.8 milyon manatını müddətli (faizli), 3 milyard 453 milyon manatını tələbli əmanətlər təşkil edib. Banklardakı cəmi depozitlər (hüquqi və fiziki şəxslərin depozitləri) 24 milyard 26.1 milyon manat olub. O cümlədən hüquqi şəxslərin depozitləri 15 milyard 312.3 milyon manat təşkil edib, bundan 2 milyard 81.1 milyon manatı müddətli, 13 milyard 231.2 milyon manatı tələbli depozitlər olub.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti






.jpg)









.jpg)







