Kanadada marallarda koronavirus aşkarlandı
COVID-19 virusuna ilk dəfə Kanadada vəhşi təbiətdə rast gəlinib.
Marja.az xəbər verir ki, Kanadanın Ətraf Mühit və İqlim Dəyişikliyi Departamenti dünən verdiyi açıqlamada SARS-CoV-2 virusunun 6 və 8 noyabr tarixləri arasında Kvebekin Şərq qəsəbələri ərazisində nümunələr götürülmüş üç ağ quyruqlu maralda tapıldığını bildirib.
Kvebekdə indiyədək təhlil edilən 156 nümunə içərisində virus yalnız bu 3 maralda aşkar olunub.
Kvebek analiz üçün nümunələr toplayan və göndərən ilk əyalət olsa da, Kanadada virusun yayılmasını izləmək istiqamətində araşdırmalar davam edir.
Kanadanın Ətraf Mühit və İqlim Dəyişikliyi Departamentinin vəhşi təbiət üzrə eksperti Ketrin Soos, departamentin Kanadadakı marallardan 2700-ə qədər nümunə götürəcəklərini bildirib.
Soos, nümunələr götürülmüş maralların sağlam göründüyünü və heç bir xəstəlik əlamətinin olmadığını söyləyib.
Bildirilib ki, bəzi insanlar virusu asemptomatik daşıdığı kimi, marallar da virusu simptomlar göstərmədən daşıya bilər.
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
3 saat əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
-
4 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
5 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Azərbaycanda bağçılıq subsidiyası veriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Nazirə yeni müşavir təyin edilib

























