“Azərbaycanda 44,5 milyard kubmetr qaz hasil ediləcək”
“Azərbaycan yeni kəşf edilmiş və işlənilməkdə olan qaz yataqlarının sayəsində ölkədə qaz hasilatının həcmini artıracaq”.
Bunu bu gün Bakıda keçirilən 24-cü Beynəlxalq Xəzər Neft-Qaz (“Caspian Oil&Gas”) konfransında Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib.
Onun sözlərinə görə, yeni kəşf edilmiş “Abşeron” yatağında ilk qaz 2020-ci ildə hasil ediləcək: “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun dərin laylarında qaz hasilatı isə 2026-cı ildə mümkün olacaq”.
Nazir bildirib ki, 2020-ci ildə “Şahdəniz-2” layihəsi çərçivəsində ilk qaz hasil ediləcək: “Bu bizə əlavə 16 milyard kubmetr həcmində qaz hasil etməyə imkan verəcək. Bununla da ölkədə 2020-ci ildə 44,5 milyard kubmetr qaz hasil ediləcək”.
Nazir bildirib ki, 2019-cu ildən etibarən Türkiyəyə nəql olunacaq qazın həcmi 12,6 kubmetr təşkil edəcək: “2020-ci ildən isə Avropaya əlavə 10 milyard kubmetr qaz nəql olunacaq. Ümumilikdə, 2030-cu ilə qədər neft sektorunun inkişafı yeni yataqların kəşfi, bu sahədə çalışan enerji şirkətlərinin müasirləşdirilməsi, neft-qaz resurslarının istifadəsi ilə bağlı olacaq”.
©APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 20 d. əvvəl
- 28 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Xocalı soyqırımından 34 il ötür
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
























