Şirkətlər qrupu adını və loqosunu yenilədi

Bu gün müxtəlif sektorlarda fəaliyyət göstərən Nobel Oil Services şirkətlər qrupu yeni korporativ baxışını və strategiyasını əks etdirən geniş rebrendinq kampaniyasını - şirkətin adının Nobel Energy-yə dəyişdirilməsi və korporativ loqonun yenilənməsi - tamamladığını elan edib.
Şirkətin yaydığı məlumatda bildirilir ki, yeni strategiyaya uyğun olaraq, Nobel Energy neft-qaz xidmətləri şirkətindən inteqrasiya olunmuş enerji hasilatı, işlənməsi və xidmətləri şirkətinə çevriləcək. Şirkət öz müştəriləri üçün çevik, səmərəli və daha da əhəmiyyətlisi dayanıqlı həll yolları təqdim etməyi hədəf götürəcək.
Bu dəyişiklik ikili vəzifənin (daha əlçatan və etibarlı enerji təmin edilməsi və bununla yanaşı ətraf mühitə təsirlərin azaldılması) öhdəsindən gəlmək üçün böyük enerji şirkətlərinin həyata keçirdiyi transformasiya - “xalis sıfır” emissiyalı şirkətə çevrilmək və davamlı inkişafı təmin etmək - səylərinə əsaslanır.
Nobel Energy şirkətinin baş icraçı direktoru Vüqar Səmədli deyib: “Biz şirkətlərin bu ambisiyalarını həyata keçirmələrinə kömək etmək, habelə həllərin bir hissəsi olmaq istəyirik və buna görə də, biz də dəyişirik. İnsanlara, təhlükəsizliyə və resursların davamlılığına daha çox diqqət yetirməklə biz dünyamızın dəyişən ehtiyaclarını ödəmək üçün hərəkətverici qüvvə olmaq istəyirik. Bu, çətin bir yoldur, lakin müştərilərimizin və dünyanın təhlükəsiz, səmərəli və dayanıqlı nəticələr əldə etməsinə kömək etmək üçün düzgün komponentlərə - uzaqgörən yanaşmaya, düzgün təcrübəyə, inteqrasiya olunmuş həll yollarına - sahibik.”
Cənab Səmədli sözlərinə əlavə edərək qeyd edib: “Bu rebrendinq və davamlı inkişafa daha diqqətli yanaşmamız, Səhmdarımız tərəfindən qoyulmuş strateji hədəflərin bir hissəsi kimi Nobel Energy-nin böyük enerji probleminin həllində fəal rol oynamaq ambisiyasını bariz şəkildə nümayiş etdirir.”
Transformasiya prosesi çərçivəsində, Nobel Energy öz strategiyasını və strukturunu qabaqcıl texnologiyaların təqdim etdiyi imkanlardan istifadə etmək üçün uyğunlaşdıracaq.
Nobel Energy bütün maraqlı tərəfləri üçün çevik və dayanıqlı nəticələr təqdim etmək məqsədilə birlikdə innovasiyaları stimullaşdırmağa, inkişafı təşviq etməyə və sahib olmadığımız bacarıqları təmin etməyə yardım ola biləcək texnologiya şirkətləri ilə tərəfdaşlıq etməyə çalışacaq.
SOCAR şirkətinin neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti Daşqın İskəndərov deyib: “SOCAR-ın əsas təchizatçısı və tərəfdaşı olan Nobel Energy şirkətini əsaslı rebrendinqi - yeni adı və loqosu münasibətilə SOCAR rəhbərliyi və şəxsən öz adımdan təbrik edirəm.”
“Bu gün dünyada enerji sahəsində gedən dəyişiklikləri Nobel Energry şirkəti çevik dərk edərək, transformasiya edir. Düşünürəm ki, şirkət yeni enerji layihələrində, o cümlədən bərpa olunan enerji layihələrində yaxından iştirak etməklə bu sahənin inkişaf etdirilməsinə də dəyərli töhfələr verəcək.
Nobel Energy ilə uzun müddətdir əməkdaşlıq etdiyimizə görə onun bacarıq və səriştəsinə bələdəm. Odur ki, şirkətin üzərinə götürdüyü bu məsuliyyətli missiyanı yerinə yetirəcəyinə inanıram. Ölkəmizdə, Xəzər regionunda və dünyada yeni texnologiyaların, innovativ fikirlərin inkişaf etdirilməsi kimi mühüm bir missiyada tərəfdaş şirkətə müvəffəqiyətlər arzu edirəm. Əminəm ki, Nobel Energy bunun öhdəsindən uğurla gələcək.”
bp şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Bugünkü hadisənin əhəmiyyəti sadəcə geniş biznes fəaliyyətinə və beynəlxalq təcrübəyə malik bir Azərbaycan şirkətinin rebrendinqi və yaxud yeni korporativ baxışının elan olunması deyil. Bu, ölkənin neft qaz, enerji sektoru üçün əlamətdar bir hadisədir, çünki ilk dəfədir ki, bir yerli şirkət dünyada baş verən transformasiyalara uyğun dəyişmək istəyini elan edir və bu istəyi həyata keçirmək üçün bir yol xəritəsi ortaya qoyur, bu məsuliyyəti üzərinə götürür.”
Cənab Aslanbəyli davam edib: “Öz transformasiya addımını bir neçə il bundan əvvəl atmış və il yarım əvvəl strategiyasında əhəmiyyətli dəyişiklik etmiş bir şirkətin nümayəndəsi olaraq öz təcrübəmizdən deyə bilərəm ki, bu yol asan yol deyil. Çox şadıq ki, bizim uzun müddətdir əməkdaşlıq etdiyimiz Nobel Energy şirkəti də artıq bu istiqamətdə addımlar atmağı qərarlaşdırıb. Bu istiqamətdə fəaliyyətlərin əlaqələndirilməsi, sinerjinin yaradılması, təbii ki, ölkəmizdə enerji keçidini dəstəkləyən layihələrin həyata keçirilməsi üçün çox gözəl zəmin yaradır. Bu isə təkcə Nobel Energy üçün deyil, bütövlükdə ölkəmizin enerji sektoru üçün xüsusi əhəmiyyətə malikdir. bp şirkəti adından Nobel Energy-nin bütün kollektivini təbrik edirəm və bu məsuliyyətli və çətin işdə onlara uğurlar diləyirəm.”
Rebrendinq prosesi şirkətin korporativ stilinin, o cümlədən loqo və şüarının tamamilə yenilənməsini əhatə edir.
Nobel Energy-nin yeni loqosu enerji sektorunda davamlı inkişaf (bənövşəyi rəng ilə göstərilib) vasitəsilə karbohidrogenlərdən (narıncı rəng) daha təmiz enerjiyə (mavi rəng) keçidi təcəssüm etdirir. Hədəf bərpa olunan enerji mənbələridir (yaşıl rəng) ki, bu da innovasiyalarla (tünd göy rəngdə göstərilib) dəstəklənir.
Şirkətin yeni şüarı - Çünki sizi düşünürük - Nobel ailəsinin irsini əks etdirir ki, bu da onların insanlara qayğısına, insanların təhlükəsizliyinə və rifahına, innovativ həllər vasitəsilə davamlı inkişafın təmin edilməsinə söykənir. Bu şüar, şirkətin həm biznesə, həm də ekoloji dayanıqlığa olan münasibətini təcəssüm edir.
Qeyd edək ki, Ötən 16 il ərzində Nobel Energy Qrupunun (NEQSOL Holding-in bir hissəsi) inteqrasiya edilmiş xidmətləri təchiz edən biznes modeli, layihələrin əvvəlindən sonunadək lazım olan bütün xidmətləri optimallaşdırmağı və müştərilərə effektiv və səmərəli həll yolları təhvil verməyi təmin edib. Şirkəti daha da gücləndirəcəyinə inandığımız bu transformasiya prosesi ilə Nobel Energy bütün maraqlı tərəflər üçün təhlükəsiz, çevik və səmərəli həllər təmin etməyə davam edəcək.
Qrupun geniş portfelinə aşağıdakılar daxildir, lakin bunlarla məhdudlaşmır: layihə və tikintinin idarə edilməsi; polad konstruksiyaların hazırlanması və quraşdırılması, dəniz qurğularının modernləşdirilməsi; yüksək təzyiqli axın xətləri, tutumlar, çənlər və əlaqədar qurğular da daxil olmaqla boru xətti sistemləri; yataq əməliyyatları və avadanlığın texniki xidməti; inteqrasiya edilmiş qazma və quyu xidmətləri; inteqrasiya edilmiş təchizat zəncirinin idarə olunması.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

“McDonald’s Azərbaycan” şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi – FOTO
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
10 saat əvvəl
“Bakcell” Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
11 saat əvvəl
Mərkəzi Bank Beynəlxalq Maliyyə Maarifləndirilməsi Şəbəkəsinə tamhüquqlu üzv kimi qoşulub
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
- 11 saat əvvəl
-
12 saat əvvəl
İtaliyanın ən böyük yanacaqdoldurma şəbəkələrindən biri SOCAR-a təhvil verilə bilər
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanın idxalı ixracından sürətli artır, müsbət saldo "əriyir"
-
12 saat əvvəl
Mərkəzi Bank 3 kredit ittifaqına icrası məcburi göstəriş verib
-
13 saat əvvəl
Bakıda şəhərsalma təşəbbüslərinin dəstəklənməsi üzrə İşçi qrupu yaradıldı - TƏYİNATLAR
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

“Bakcell” Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü

Mərkəzi Bank Beynəlxalq Maliyyə Maarifləndirilməsi Şəbəkəsinə tamhüquqlu üzv kimi qoşulub

Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI

İtaliyanın ən böyük yanacaqdoldurma şəbəkələrindən biri SOCAR-a təhvil verilə bilər

Azərbaycanın idxalı ixracından sürətli artır, müsbət saldo "əriyir"
.jpg)
Mərkəzi Bank 3 kredit ittifaqına icrası məcburi göstəriş verib
Ən çox oxunanlar

Bakıda şəhərsalma təşəbbüslərinin dəstəklənməsi üzrə İşçi qrupu yaradıldı - TƏYİNATLAR

Heydər Əliyev və Ziya Bünyadov arasındakı və Neft Emalı Zavodu ətrafındakı ərazilər yenidən qurulacaq

Müştərinin 27 min manatlıq istehlak krediti "PAŞA Həyat Sığorta" tərəfindən ödənilib

Azercell baza stansiyalarını təkmilləşdirib, yeni baza stansiyasıları istifadəyə verib - İNTERNERİN SÜRƏTİNİ ARTIRIB

SOCAR üzrə satılan 1 kub metr qazın xərci 18 qəpik təşkil edib
