Dövlətə məxsus daha bir şirkət özəlləşdirilir
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq, “Sumqayıt Tikinti Xidmət” ASC-nin səhmlərinin 99,91%-nin satışı üzrə investisiya müsabiqəsi elan edib.
Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Məlumata görə, Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, 55A ünvanında yerləşən müəssisənin özəlləşdirilməsi üzrə investisiya müsabiqəsinə ümumi nominal dəyəri 259 598 manat olan 129 799 səhm çıxarılıb. Müəssisənin ümumilikdə 79 021 manat öhdəlikləri var.
Müəssisənin özəlləşdirilməsi üzrə keçiriləcək investisiya müsabiqəsində iştirak etmək üçün iddiaçılar investisiya qoyuluşunun istiqamətləri, məbləği və müddəti göstərilməklə ümumi məbləği 1,2 milyon manatdan az olmayan investisiya proqramı təqdim etməli, yeni iş yerlərinin yaradılması, istehsal prosesinə müasir texnologiyaların tətbiqi, istehsal olunan məhsulun çeşidinin genişləndirilməsi ilə bağlı təkliflərini verməlidir.
Müsabiqənin qalibi səhmdar cəmiyyətin səhmlərinin alınmasına görə dövlət büdcəsinə 800 min manatdan az olmayan məbləğdə vəsaitin köçürülməsini təmin etməlidir. İddiaçıdan müsabiqənin şərt və tələblərinin icra olunacağına təminat verən 400 min manat məbləğində vəsaitin beh olaraq ödənilməsi tələb olunur.
Müsabiqənin qalibi nəticələr haqqında protokol təsdiq olunduğu tarixdən 30 gün müddətində səhmdar cəmiyyətin səhmlərinin alqı-satqı müqaviləsini imzalamalı, imzalandığı tarixdən 60 gün müddətində təklif etdiyi pul vəsaitini dövlət büdcəsinə köçürməli, ümumilikdə müqavilə ilə müəyyən olunan şərt və öhdəlikləri yerinə yetirməlidir.
Müsabiqədə Azərbaycan vətəndaşları ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər.
İnvestisiya müsabiqəsinə çıxarılan dövlət əmlakı ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür: https://bit.ly/3G2fz2y
İddiaçıların ərizə və təkliflərinin qəbulu 11 yanvar 2022-ci il tarixinə qədər iş günləri saat 10:00-dan 17:30-a qədər ƏMDX-da (ünvan: Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, 50) aparılacaq.
Komissiya müsabiqə təkliflərini həmin ünvanda 12 yanvar 2022-ci il, saat 11:00-dan başlayaraq qiymətləndirəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
37 d. əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
1 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
-
3 saat əvvəl
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
-
3 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Azərbaycan Türkmənistana tanker hədiyyə etdi
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı




























