Avropada qazın qiyməti Rusiyaya qarşı sanksiyalar təhlükəsi ilə 1200 dolları ötüb - VƏZİYYƏT KRİTİKDİR
Avropanın qaz bazarı Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Co Bayden arasında əsasən Ukrayna məsələsi üzrə nəticəsiz başa çatan danışıqlar ilə sarsılıb.
Marja.az xəbər verir ki, Avropa İttifaqında (Aİ) yanvar fyuçerslərinin qiyməti çərşənbə günü 6%, cümə axşamı isə daha 7% artaraq oktyabrın ortalarından bəri maksimuma - min kubmetr üçün 1204 dollara yüksəlib.
2022-ci ilin iyul ayı üçün müqavilə qiymətləri iki gündə 30% artıb - gələn yayda tədarük çatışmazlığının davam edəcəyi qorxusu ilə min kubmetr təbii qazın qiyməti rekord səviyyəyə - 758 dollara çatıb.
Almaniyada topdansatış bazarında elektrik enerjisinin qiyməti isə ilin əvvəlindən 260% artım göstərərək, meqavat-saat üçün 180 avroluq yeni tarixi pik həddinə çatıb.
“Avropalı istehlakçılar qaz qiymətlərinin işgəncəsinə heç vaxt möhlət verməyiblər. Bazarda yenidən geosiyasət hökm sürür, çünki Ukrayna ilə sərhədlərdə gərginlik Rusiyaya qarşı əlavə sanksiyalar perspektivi yaradır", - "Saxo Bank"ın baş əmtəə strateqi Ole Hansen deyib.
Qışı yarıboş anbarlarla qarşılayan Avropa İttifaqı artıq rekord aşağı ehtiyatların 12%-ni istifadə etmişdir.
"Eni SpA"nın qaz portfeli meneceri Kristian Signaretto "Bloomberg"ə deyib: "Ehtiyatlarda vəziyyət kritikdir. LNG tankerləri Asiyaya üzdüyü üçün və Rusiya oktyabr və noyabrda tədarükləri artırmadığı üçün qış və bütün 2022-ci il üçün proqnoz çox çətin olaraq qalır".
Kremlin hərbi hazırlıqlarının müşayiəti ilə keçirilən Putin və Bayden danışıqları geosiyasi risklərin qaranlığında işıq saçmadı: sərhəd yaxınlığında cəmləşmiş 100 minlik qrup yerində qalıb və ABŞ administrasiyası Rusiyanı sanksiyalar ilə hədələyib. ABŞ, Ukraynanın işğalı vəziyyətində Rusiyaya ən sərt sanksiyaları tətbiq edəcəyi barədə xəbərdarlıq edib. "Bloomberg"in mənbələrinə görə, bu tədbirlər Almaniyanın dəstəyi sayəsində indiyədək toxunulmazlığa malik olan “Şimal axını 2” qaz kəmərinə də təsir edəcək.
"Financial Times"ın (FT) Brüsseldəki diplomatlar arasında olan mənbələri təsdiqləyir ki, Vaşinqton Ukraynaya qarşı hərbi əməliyyatların baş verəcəyi təqdirdə “Şimal axını 2” qaz kəmərinin bağlanmasını sanksiyalar paketinə daxil etməkdə israrlıdır. Həmçinin maliyyə-iqtisadi tədbirlər, o cümlədən rublun dollara konvertasiyasının məhdudlaşdırılması nəzərdə tutulur ki, bu da Rusiyanın enerji resurslarının satışını çətinləşdirəcək.
FT mənbələri bildirirlər ki, Avroap İttifaqı liderləri gələn həftə Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcəklər və onların sammitinin yekun bəyannamə layihəsində Ukrayna sərhədində vəziyyətin deeskalasiyasına “təcili ehtiyac” olduğunu vurğulayırlar.
"Bloomberg"in məlumatına görə, Norveç qazının tədarükü təxminən 13% azalıb. ICIS-in analitiki Tom Marchek-Manser deyir: "Kəsintilərin müddəti qeyri-müəyyən olaraq qalır və bu, qiymət vəziyyəti ilə bağlı riskləri artırır".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
26 d. əvvəl
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
-
-
34 d. əvvəl
Sahibkarlar "EY İlin İş Adamı" adı uğrunda yarışacaq - İŞTİRAKÇILARIN ADLARI
- 37 d. əvvəl
-
48 d. əvvəl
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
-
1 saat əvvəl
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
- 1 saat əvvəl
-
3 saat əvvəl
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
-
3 saat əvvəl
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 2 dəfəyə yaxın artırıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
Ən çox oxunanlar
Azərbaycanda Qərb Sənaye Parkı yaradılır - FƏRMAN
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
AccessBank 2025-ci il üzrə maliyyə nəticələrini açıqladı
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım


















