“Brilliant” ani lotereyasında növbəti böyük uduş – 100.000 MANAT QAZANILDI
(®) “Azərlotereya” ASC tərəfindən təşkil olunan ani lotereyalar “Brilliant”, “Şans ulduzu” və “Qızıl” lotereya həvəskarlarını sevindirməyə davam edir. Ani lotereyalar böyük uduşlar və milyonlar məbləğində irili-xırdalı uduşlara malikdir.
Satışa çıxarıldığı dövrdən vətəndaşların böyük marağına səbəb olan ani lotereyalarda tez-tez böyük uduşlar olur. “Brilliant” ani lotereyasında növbəti böyük uduş – 100.000 manat Bakı şəhər sakini tərəfindən qazanılıb.
Bu ani lotereyanın ikinci seriyası da artıq satışa buraxılıb. “Brilliant -2” ani lotereyasında 10 ədəd 100.000 manatlıq böyük uduş və milyonlarla digər uduşlar var. “Brilliant -2” ani lotereyasında toplam uduş fondunun məbləği 30.000.000 manatdan çoxdur.
“Brilliant” ani lotereyasının oyun qaydaları ilə buradan tanış ola bilərsiniz. https://azerlotereya.com/az/content/68
“Azərlotereya” ASC tərəfindən təşkil olunan “Brilliant”, “Şans ulduzu” və “Qızıl” ani lotereyalarını lotereya satış nöqtələri, “Azərpoçt” şöbələri və “Maxi.az” mağazalar şəbəkəsində əldə edərək “Azərlotereya” ilə şansınızı gözlətməyin.
Ətraflı məlumatı www.azerlotereya.com saytından əldə edə bilərsiniz.
“Azərlotereya” ASC haqqında:
"Azərlotereya" ASC Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2001-ci il tarixli, 599 saylı fərmanına əsasən, Azərbaycan Respublikasında lotereya fəaliyyətini təkmilləşdirmək, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin qorunmasını ardıcıl təmin etmək, lotereyanın keçirilməsindən dövlət büdcəsinə daxil olmaların artırılmasına və lotereya fəaliyyəti sahəsində dövlət nəzarətini daha da gücləndimək məqsədi ilə yaradılmışdır. "Azərlotereya" ASC Azərbaycan Respublikası ərazisində bütün növ lotereyaların (malların satışı və xidmətlərin göstərilməsi ilə müşayət olunan lotereyalar istisna olmaqla) buraxılması, təşkili və keçirilməsi fəaliyyətini həyata keçirir. "Azərlotereya" ASC Avropa Dövlət Lotereyalar və Toto Assosiyasiyasının üzvüdür. Prezident İlham Əliyev “Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin idarəetməyə verilməsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” 16 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən, “Azərlotereya” ASC Türkiyə Respublikasının “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilib.
Müştərilərin xəbərləri
“Qarabağdan Silikon Vadisinə” adlı yeni startap proqramı elan olunur - 50 MİN DOLLARADƏK DƏSTƏK VERİLƏCƏK
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
36 d. əvvəl
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
-
-
14 saat əvvəl
17% gəlir təklif edən istiqrazlaırın yerləşdirilməsi üzrə hərrac tarixi açıqlandı
-
15 saat əvvəl
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
-
15 saat əvvəl
Avropa Komissiyası SOCAR-ın İtaliya şirkətinin səhmlərini almasını təsdiqləyib
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
"S&P Global Ratings" PAŞA Bank-ın proqnozunu “müsbət”ə yüksəltdi
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Satışları kəskin azalıb - Nəhəng şirkət daha 100 mağaza bağlayacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"S&P Global Ratings" PAŞA Bank-ın proqnozunu “müsbət”ə yüksəltdi
Ən çox oxunanlar
“Yelo Bank”a 2 yeni icraçı direktor təyin edilib
Birbank-ın Yığım hesabı ilə pulunuz hər gün gəlir gətirsin
Satışları kəskin azalıb - Nəhəng şirkət daha 100 mağaza bağlayacaq
Unibank sahibkarlar üçün mikro kredit kampaniyasını davam etdirir
Rusiya şirkətinə məxsus palma yağı Azərbaycanda satışa buraxılmadı, məhv edilməsi barədə qərar qəbul edildi
“Beneva” şirkətinin bioloji aktiv qida məhsulu tələblərə cavab vermədiyindən məhv edilib






















