Gələn il üçün əmək miqrasiyası kvotasına dair təkliflər müzakirə olunub
Ölkəmizdə işçi qüvvəsinə dair ehtiyacların yerli əmək ehtiyatları hesabına təmin edilməsi, müvafiq iş sahələrinə yüksək ixtisaslı əcnəbi mütəxəssislərin cəlb edilməsi zəruriliyi kimi amillər əsas götürülür.Əmək miqrasiyası kvotasının müəyyən edilməsi üçün təkliflərin hazırlanması və bu sahədə işin əlaqələndirilməsi məqsədi ilə yaradılmış, bir sıra dövlət qurumlarının təmsil olunduğu Komissiyanın iclası keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumata görə, Komissiyanın sədri, Əmək vəƏhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyev uğurlu sosial-iqtisadi siyasətinin nailiyyətlərini qeyd edib. O, ölkəmizin əmək bazarında müsbət meyillərin davamlı xarakter aldığını, dayanıqlı inkişaf proseslərinin xarici əməkçi miqrantları üçün cəlbedici olduğunu bildirib.
Ölkəmizdə ixtisaslı işçi qüvvəsinə tələbatın əsasən yerli ehtiyatlar hesabına təmin edildiyini vurğulayan S.Babayev qeyd edib ki, hər il olduğu kimi növbəti il üçün əmək miqrasiyası kvotası üzrə təkliflər hazırlanıb. Bu təkliflərin hazırlanması zamanı ölkəmizdə işçi qüvvəsinə dair ehtiyacların yerli əmək ehtiyatları hesabına təmin edilməsi, müvafiq iş sahələrinə yüksək ixtisaslı əcnəbi mütəxəssislərin cəlb edilməsi zəruriliyi kimi amillər əsas götürülür.
Nazir həmçinin bu təkliflərin respublikadakı demoqrafik inkişaf, ölkənin əmək ehtiyatları vəəmək bazarında işəgötürənlərin işçi qüvvəsinə tələbləri ilə bağlı təhlillər əsasında hazırlandığını diqqətə çatdırıb. Bildirib ki, növbəti il üçün kvota təklifi müəyyənləşdirilərkən vakansiyaların ilk növbədə müvafiq peşə hazırlığına, əmək bacarıqlarına malik olan yerli işçi qüvvəsi üçün istifadə olunması prinsipi üstünlük təşkil edir.
İclasda 2021-ci il üçün təsdiq olunmuş əmək miqrasiyası kvotasına dəyişiklik edilməsi və 2022-ci il üçün əmək miqrasiyası kvotası üzrə təkliflər müzakirə
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 13 saat sonra
-
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb





















