Qlobal bazarlarda "mərkəzi bank" həftəsi
Bu həftə təxminən 20 mərkəzi bank faiz qərarını açıqlayacaq.Qlobal bazarlarda bütün diqqətlər mərkəzi bankların faiz qərarlarına çevrilib. Marja.az xəbər verir ki, bu həftə ABŞ Mərkəzi Bankı (Fed), Avropa Mərkəzi Bankı (AMB, ECB) və İngiltərə Mərkəzi Bankı (BoE) başda olmaqla 20-yə yaxın mərkəzi bank ilin son faiz qərarını verəcək.
ABŞ-da rəsmi inflyasiya məlumatının təxminən son 40 ilin ən yüksək səviyyəsində açıqlanmasının ardından Fed-in sərt pul siyasəti mesajları verməsi gözlənilir. Fed qiymətli kağız alışının azaldılmasını sürətləndirmək və gələn il ilk faiz artımına dair siqnallar verə bilər. Bazar 2022-ci ilin ortasında Fed-in faiz artıracağını gözləyir.
Buna qarşı ötən həftələrdə AMB üzvləri tərəfindən verilən açıqlamalar yumuşaq pul siyasətinin qorunacağına işarə edir. Faizləri dəyişdirməsi gözlənilməyən ECB, mart ayında sona çatması planlaşdırılan təcili pandemiya qiymətli kağız alışı proqramı daxilində müddəti başa çatacaq istiqrazlara yenidən sərmayə mövzusunda bir yol xəritəsi açıqlaya bilər.
İngiltərə Mərkəzi Bankının ölkədəki əlavə Covid-19 tədbirləri kölgəsində faizini 0,1%-də dəyişməz saxlayacağı gözlənilir.
Yaponiya Mərkəzi Bankının da yumuşaq pul siyasətində dəyişiklik gözlənilmir.
İnkişaf edən ölkələrdən isə Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) faizini aşağı salacağı gözlənilir. Bloomberg-in sorğusuna görə, TCMB faizini 1 bənd azalda bilər.
Cümə günü qərarını açıqlayacaq Rusiya Mərkəzi Bankının 1 bənd, cümə axşamı günü qərarını açıqlayacaq Meksika Mərkəzi Bankının isə 0,25 bənd faiz artıracağı gözlənilir.
Bu həftə, Dekabrın 17-də Azərbaycan Mərkəzi Bankı da növbəti faiz qərarını açıqlayacaq. Azərbaycanda inflyasiya daha da sürətləndiyindən Mərkəzi Bank uçot dərəcəsini bu dəfə də artıra bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 saat əvvəl
-
6 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
14 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN







.jpg)





.jpg)








