OPEC, neftə tələbatın artıması üzrə proqnozunu dəyişməz saxlayıb
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2021 və 2022-ci illərdə neftə tələbatın artıması üzrə proqnozunu müvafiq olaraq gündəlik 5,7 milyon barel və 4,2 milyon barel səviyyəsində saxlayıb.
Marja.az xəbər verir ki, bu barədə təşkilatın dekabr hesabatında bildirilir.
Hesabata görə, qlobal neft tələbi bu il keçən illə müqayisədə gündəlik 5,7 milyon barel artaraq 96 milyon 440 min barelə çatacaq. Gələn il isə qlobal neft tələbi 4 milyon 150 min barel artaraq gündəlik təxminən 100 milyon 590 min barel olacaq.
“Əvvəllər dördüncü rübdə gözlənilən tələbin bərpası 2022-ci ilin birinci rübünə keçir. Bunun ardınca 2022-ci il ərzində daha sabit bərpa müşahidə olunacaq”, - deyə hesabatda bildirilir.
Eyni zamanda, OPEC-ə daxil olmayan ölkələrdən neft tədarükü 2022-ci ildə gündə 3 milyon barel artacaq. 2021-ci il üçün təxmin dəyişməz qalıb - 0,7 milyon barel artım ilə 63,7 milyon barel/gün. Bu il əsas istehsal artımı Kanada, Rusiya, Çin, ABŞ, Norveç və Qayanada gözlənilir. Eyni zamanda Böyük Britaniya, Kolumbiya, İndoneziya və Braziliyada da istehsal azalacaq.
OPEC-in aylıq neft bazarı hesabatına görə, qlobal neft hasilatı keçən ay bir əvvəlki ayla müqayisədə gündəlik 880 min barel artımla təxminən 98 milyon 280 min barelə yüksəlib. Bu dövrdə OPEC-ə üzv olmayan ölkələrdə gündəlik neft istehsalı 590 min barel artaraq təxminən 70 milyon 560 min barel təşkil edib. OPEC-in gündəlik xam neft istehsalı isə 290 min barel artaraq təxminən 27 milyon 720 min barel səviyyəsində reallaşıb. OPEC-in qlobal neft istehsalındakı payı 28,2 % təşkil edib.
Bu dövrdə OPEC daxilində xam neft istehsalı ən çox Səudiyyə Ərəbistanı və İraqda artarkən, Anqola və Libyada isə azalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 17 d. əvvəl
-
- 23 d. əvvəl
- 32 d. əvvəl
-
1 saat əvvəl
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
- 1 saat əvvəl
- 12 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
15 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
15 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edilib
Ən çox oxunanlar
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
Xalq Bank 2025-ci ilin yekunlarını açıqladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb





















