Azercell yeni brend platformasını təqdim edir, yeni şüarını açıqlayır
“Sənə yaxın gələcək”“Azercell Telekom” MMC fəaliyyətinin 25 illiyini qeyd edir.
Şirkətin yaydığı məlumatda bildirilir ki, 25 il əlamətdar tarixdir. Bu önəmli gün Azercell-i gələcək fəaliyyətini yenidən düşünməyə,yüksək texnologiyalar dövrünün tələblərini qarşılamaq və proqnozlaşdırmaq məqsədi daşıyan yeni brend platformasını təqdim etməyə sövq edir. Şirkət brendinin yeni şüarını açıqlayır - “Sənə yaxın gələcək”.
Qeyd edilir ki, yeni kommunikasiya konsepsiyası bir azərbaycanlı ailənin gündəlik həyat hekayələri əsasında hazırlanaraq, müasir rəqəmsal və kommunikasiya həllərinin müştərilərə daha əlçatan və daha yaxın olduğunu göstərir. Məhz innovativ rəqəmsal həllər insanların həyat keyfiyyətini yaxşılaşdırmağa, təhlükəsizliyi artırmağa daha da böyük töhfə verəcək.
25 illik yubileyini və brendin yenilənməsini qeyd edən Azercell bütün bu illər ərzində onu seçən və ona güvənən bütün abunəçilərinə təşəkkür edir!
Yubiley ayı ərzində bütün şirkət abunəçiləri xüsusi bonuslardan yararlana biləcəklər. Ətraflı məlumat abunəçilərə dekabrın 15-dən yanvarın 15-dək SMS vasitəsilə göndəriləcək. Bonus olaraq abunəçilər öz seçimlərinə görə pulsuz internet və yaxud danışıq paketləri alacaqlar.
Bundan əlavə, dekabrın 25-dən yanvarın 25-dək Azercell abunəçiləri ivi, BluTV, NNTV, SberZvuk, Bookmate və Busuu multimedia xidmətlərindən ödənişsiz istifadə etmək imkanı əldə edəcəklər. Bu tətbiqlər vasitəsilə istifadəçilər öz smartfonlarında sevdikləri filmlərə, TV proqramlara baxa, musiqi dinləyə, kitab oxuya və xarici dil bacarıqlarını inkişaf etdirə bilərlər. Həmçinin yubiley ayı sosial şəbəkələrdə də istifadəçiləri əylənməyə və qiymətli hədiyyələr əldə etmək şansı qazanmağa dəvət edən müsabiqələrlə zəngin olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























