Türk Lirəsi üçün mühüm gün - MƏRKƏZİ BANK KRİTİK QƏRARINI VERƏCƏK
Türkiyə Mərkəzi Bankın faiz qərarı və verəcəyi mesajlar Türk Lirəsi üçün həlledici ola bilər. Mərkəzi Bank sentyabrda faizini azaltmağa başladıqdan sonra Türk Lirəsi də sürətlə dəyərdən düşür.Bugün Bakı vaxtı ilə 15:00-da Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) faiz qərarını açıqlayacaq.
Marja.az xəbər verir ki, Türkiyə Mərkəzi Bankının nə qədər faiz endirimi edəcəyi barədə proqnozlar müxtəlifdir. Ən çox TCMB-nin faizini 1 bənd azaldaraq 15%-dən 14%-ə salacağı barədə proqnoz verilir.
"Bloomberg"in keçirdiyi sorğuya görə, TCMB 16 dekabrdakı yığıncaqda pul siyasəti faizini 1 bənd endirimlə 14%-ə salacaq.
16 Dekabr tarixindəki yığıncaqda TCMB-nin 1 bənd faiz endirimi edəcəyini gözləyən Almaniya təşkilatı "Deutsche Bank", sonrakı üç pul siyasəti yığıncağında isə aqressif bir faiz endirimi gözləmədiklərini bildirib. "Deutsche Bank" bir araşdırma hesabatında, bazar şərtlərinin Türkiyə Cümhuriyyəti Mərkəzi Bankını 2022-nin ilk rübündə 10 bənd faiz artırmağa məcbur edəcəyini qeyd edib.
Təcili bir faiz artırmaq qərarı qəbul edilməsinin hazırkı vəziyyətdə çətin olacağını qeyd edən "Deutsche Bank", TCMB-nin dollarlaşma, zəif Türk lirəsi və artan inflyasiya ilə əlaqədar olaraq 2022-nin ilk rübündə əsas siyasət faizini 25%-ə yüksəltməz məcburiyyətində qala biləcəyini qeyd edib.
İnflyasiyanın bu ilin sonunda 25% olacağını nəzərdə tutan "Deutsche Bank" iqtisadçıları, 2022-ci ilin ilk yarısında isə inflyasiyanın 30%-ə qədər qalxacağını düşünür. "Deutsche Bank", məzənnənin atmasının inflyasiyaya əks olunacağını və minimum əməkhaqqındakı artımla birlikdə 2022-ci ilin May ayında inflyasiyanın 35% ətrafına çata biləcəyini də qeyd edib.
Türkiyə iqtisadiyyatının 2021-ci ildə 10,1% artmasını gözlədiklərini qeyd edən Bank, Türk lirəsindəki oynaqlığın istehlakçılar və biznes dünyası üçün qeyri-müəyyənliyi artıracağını, bunun da iqtisadi fəaliyyəti yavaşladacağını gözləyir. "Deutsche Bank" 2022-ci ildə Türkiyə iqtisadiyyatının 3,5% artacağını nəzərdə tutur.
Qlobal maliyyə xidmətləri şirkəti və bank olan "Barclays", Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) növbəti iki yığıncağında cəmi 3 faiz bəndi endirim edərək faizini 12% səviyyəsinə salacağını gözləyir. Türkiyə Mərkəzi Bankının Dekabr ayındakı yığıncağında 2 bənd bir faiz endirimi edəcəyini gözlədiklərini qeyd edən "Barclays", Yanvar ayında 1 bəndlik növbəti endirimin olacağını düşünür. "Barclays" iqtisadçıları hazırladıqları bir araşdırma hesabatında Türkiyənin 2018-ci illə müqayisədə məzənnə şoklarına qarşı daha hazırlıqlı olduğunu qeyd ediblər. İnflyasiyanın gələcək aylarda sürətli bir şəkildə 30%-ə yüksəlməcəyini gözləyən iqtisadçılar, dollarlaşmanın yüksək qalmağa davam etməsini gözlədiklərini də ifadə ediblər.
"Barclays", TCMB-nin aşağı faiz ifadəsinin tam olaraq hansı rəqəmə işarə etdiyinin də qeyri-müəyyən olduğunu, amma bütün planlaşdırılan faiz endirimlərini gələcək iki yığıncaqda reallaşdıracağını vurğulayıb.
"Unicredit" bu yığıncaqda Türkiyə Mərkəzi Bankının 1 bənd faiz endirimi edəcəyini və gələn ilin əvvəlində isə siyasət faizini 12%-ə qədər endirəcəyini düşünür.
İsveçərinin maliyyə xidmətləri şirkəti və bankı "Credit Suisse" analitikləri, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) sədri Şahap Kavcıoğlunun keçən həftə sərmayəçilər ilə keçirdiyi görüşündə 16 dekabr 2021-ci il tarixində keçiriləcək iclasda faiz endirimi olmaması ehtimalının artdığını söylədiyini bildirmişdilər. Təşkilatın analitiklərinin hazırladığı hesabatda, Şahap Kavcıoğlunun "16 dekabrdakı yığıncaqda faiz endirimi edilməməsi ehtimalı artıb" dediyi qeyd edilmişdi.
Qeyd edək ki, hazırda Dollar/TL məzənnəsi 14,80 səviyyələrindədir. Dollar/TL məzənnəsi Noyabr ayında 40%-ə yaxın yüksəldikdən sonra dekabr ayının əvvəlindən bu yana 8% ətrafında yüksəlib. Türk lirəsi dollar qarşısında 2021-ci ilin əvvəlindən bu yana 95% dəyər itirib.
TCMB yumuşaq pul siyasəti dövrünə Sentyabr ayında 1 bənd bir faiz endirimilə başlamış və faizini 19%-dən 18%-ə salmışdı.Mərkəzi Bankı sonrakı aylarda da faiz endirimlərinə davam edərək faizini 15%-ə qədər endirmişdir. Dollar/TL məzənnəsi Noyabr ayına qədər mərhələli bir yüksəliş qeyd etdikdən sonra Noyabrda reallaşan 2 bənd faiz endiriminin ardından ayı 40%-ə çatan ucuzlaşma ilə bağlamışdır. Dolların məzənnəsi Sentyabr ayının əvvəlində 8,30 türk lirəsi ətrafında idi. Dollar/TL məzənnəsi dekabr ayında da yüksəlməkdədir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, son yığıncaqdan keçən müddət ərzində faiz və inflyasiya ilə əlaqədar mövqesini davam etdirib. Ərdoğan, "Biz yüksək faizə qəti inanmırıq. Aşağı faiz siyasətilə məzənnəni də, inflyasiyanı da aşağı salacağıq. Bizim dərdimiz aşağı faizlə sərmayəni təşviq edərək məşğulluğu artırmaqdır; məşğulluğu artırmaqla istehsalı və ixracı artırmaqdır... Bunu təmin etdiyimiz zaman bu bizə iqtisadi inkişaf gətirəcək" deyib.
Ərdoğana görə, yüksək faiz səbəb inflyasiya nəticədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 13 saat sonra
-
-
21 d. əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
34 d. əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
1 saat əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
-
1 saat əvvəl
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
-
1 saat əvvəl
PAŞA Bank “Nargis” Fondunun Qurban bayramı xeyriyyə aksiyasını dəstəkləyib
-
1 saat əvvəl
Bank of Baku-dan şəhid və qazi övladları üçün “RoboKəşf” təşəbbüsü – təlim və ekskursiya
-
2 saat əvvəl
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
-
2 saat əvvəl
İti tikinti şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kristal"ın bütün satış ofisləri bayram günlərində də açıq olacaq!
İnvestorlara milyonlarla manat borcu olan “FINCA Azerbaijan”ın bir sıra maliyyə göstəriciləri pisləşib
Bayram günlərində bankların və “Azərpoçt”un bəzi filial və şöbələri fəaliyyət göstərəcək -SİYAHI
"Ötən il BOKT “İnternational” bazardakı mövqeyini daha da möhkəmləndirib" - MÜSAHİBƏ






.jpg)



















.jpg)
